Oktyabrın 5-də Astara rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən “Respublikanın meyvə və sitrus bağlarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda regional müşavirə keçirilib.
“Meyvə və sitrus bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov bildirib ki, Dövlət Xidməti tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə və digər saxlanma yerlərində müayinələr və müşahidələr aparılır, eyni zamanda profilaktik və fitosanitar xidmətləri həyata keçirilir. Xidmətin mütəxəssisləri hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verirlər.
Dövlət Xidmətinin rəisi Respublika Bitki Mühafizəsi Mərkəzinin həyat keçirdiyi mübarizə tədbirləri barədə də qısa məlumat verib. Mərkəz tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemləri hazırlanıb. Sistemin tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq, fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib”.
Ələddin Eyvazov qeyd edib ki, RBMM tərəfindən respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlər həyata keçirilib. 2018-ci ilin 8 ayı ərzində Respublika ərazisində zərərverici və xəstəliklərə qarşı 3.929.237 hektarda fitosanitar müşahidə işləri aparılıb, 1.846.321 hektarda sirayətlənmə aşkar olunub, 1.329.065 hektarda mübarizə tədbirləri aparılıb ki, bunun da 173.868 hektarı büdcə vəsaiti hesabına olub.
“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov pestisdlərdən istifadənin zəruri olduğu məqamları diqqətə çatdırıb. Onun sözlərinə görə, pestisidlərdən yalnız lazım olduqda istifadə edilməlidir, yəni bitkilərin zərərverici və xəstəliklə sirayətlənməsi iqtisadi cəhətdən təhlükəli həddə çatdıqda məhsulu qorumaq üçün onların tətbiqi zəruriyyəti yaranır. Tətbiq obyektinə görə pestisidlər-insektisidlər, funqisidlər, herbisidlər, akarisidlər, zoosidlər, nematisidlər və s. kimi qruplara bölünürlər. Pestisidlər qrupuna bitkilərin boy maddələri də daxildir. Boy maddələri bitkilərin məhsuldarlığını artırır və məhsul vermə müddətini sürətləndirir, soyuğa və quraqlığa davamlılığını artırır.
Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Xoşqədəm Ələsgərova “Yasticalar və onlara qarşi mübarizə tədbirləri” mövzusunda çıxış edərək, yastıcalar haqqında ümumi məlumat verib. Yastıcaların meyvə ağaclarının və park–dekorativ bitkilərin çox qorxulu zərərvericiləriləri olduğunu diqqətə çatdıran Xoşqədəm Ələsgərova, bu zərərvericilərin əsasən də subtropik zonalarda və meyvə yetişdirilən bölgələrdə bitkilərin gövdə və budaqlarında, yarpaqlarında və hətta meyvələrin üzərində geniş yayıldığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, yastıcalar bitkilərin yerüstü hissəsini zədələyir, xüsusilə cavan budaqları, yarpaqları yoluxdururlar: “Yastıcalarla yoluxma nəticəsində budaqların böyüməsi və inkişafı zəifləyir, dayanır, yaşıl bitkilərin dekorativ gözəlliyi itir, əksər hallarda bitkilər quruyurlar. Yastıcalarla zədələnmiş meyvələrin üzərində çoxlu ləkələr yaranır, meyvələr büzüşür və onların əmtəəlik görünüşü çox korlanır. Yastıcalar bitkilərin şirəsini və qidalı maddələri sorur, bitki toxumlarını məhv edir. Güclü yoluxmada bu zərərvericilər bitkilərin tamamilə məhvinə səbəb olurlar”.
Müşavirənin ikinci hissəsi açıq tarla şəraitində keçib və fermer təsərrüfat sahiblərinin, fiziki və hüquqi şəxslərin sualları cavablandırılıb. Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunması, həmçinin zərərverircilərə və xəsətəliklərə qarşı mübarizə tədbirlərinin düzgün aparılmsı ilə bağlı müvafiq tövsiyələr verilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024