Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AXA-nın sədri Seymur Mövlayev, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin texniki nəzarətin təşkili üzrə mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən sədr S.Mövlayev bildirib ki, AXA-nın əsas hədəfləri, daim fermerlərin yanında olmaq, vətəndaşlara layiqincə xidmət göstərmək, xidmətlərin əlçatanlığını təmin etmək, keyfiyyətini yüksəltmək, yeni yanaşma vərdişlərinə yiyələnmək, icra intizamını gücləndirmək, şəffaflığı və vətəndaş məmnunluğunu təmin etməkdir.
Tədbirdə Agentliyin şöbə müdiri Azər Qarayev “2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə” məlumat verərək bildirib ki, bu ilin 11 ayı ərzində Agentlik tərəfindən 8958 ədəd nəqliyyat vasitələri dövlət qeydiyyatına alınması, 1136 ədəd nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin verilməsi, 2791 nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, 32921 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi, 1231 ədəd inzibati xəta üzrə protokolun tərtib edilməsi həyata keçirilib. Eyni zamanda bu sahədə mövcud problemlər, onların həlli istiqamətində görüləcək işlər barədə ətraflı məlumat verib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin sektor müdiri Faiq Bayramov AXA tərəfindən texnikaların elektron qeydiyyat sisteminin və qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən işləri müsbət qiymətləndirib, həmçinin texnikadan istifadənin səmərəliliyini artırmaq üçün zəruri tədbirlərin görülməsini məqsədəuyğun hesab edib.
Tədbirdə iştirak edən Dövlət Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili üzrə sektor rəhbərlərinin yerlərdəki vəziyyəti barədə məruzələri dinlənilib, müvafiq təkliflər səsləndirilib.
Tədbirin sonunda S.Mövlayev texnikaların qeydiyyatının və baxışının vaxtında aparılması, günün tələbləri səviyyəsində fəaliyyət göstərmələrini, texnikaların uçotunun dəqiqləşdirilməsini, istismar müddəti bitmiş texnikaların dövriyyədən çıxarılmasını, sürücülük vəsiqələrin verilməsinin sürətləndirilməsini, vaxtaşırı monitorinqlərin həyata keçirilməsini, vətəndaşlara layiqincə xidmət göstərilməsini, işə məsuliyyətin daha da artırılmasını, verilən tapşırıqların keyfiyyətlə və layiqincə yerinə yetirilməsini, etik davranış qaydalarına əməl olunmasını və qarşıya qoyulan hədəflərə çatmaq üçün müasir metodlardan düzgün istifadə etmələrini tövsiyə edib, mövcud problemlərin qısa zamanda aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024