“Azərbaycan Ampeloqrafiyasının” 2-ci cildi nəşr olunub. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov və AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun laboratoriya müdiri Varis Quliyevin müəllifliyi ilə 882 səhifədən ibarət “Azərbaycan Ampeloqrafiyasının” 2-ci cildi nəşr olunub.
Kitabda Azərbaycanın 82 yerli və seleksiya, o cümlədən 13 introduksiya olunmuş üzüm sortunun morfoloji, aqrobioloji və texnoloji gösrtəriciləri Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OİV) protokolları əsasında müasir rəqəmsal ampelodeskriptorlar vasitəsilə üç dildə - azərbaycan, rus və ingilis dillərində təsvir edilərək verilib. Sortların müasir rəqəmsal təsviri onların VİVC katoloquna (Beynəlxalq Vitis-üzüm katoloquna) daxil edilməsini, onların yerli üzüm və şərab istehsalçıları, o cümlədən dünya ölkələri alimləri tərəfindən əlçatanlığını təmin etməklə yanaşı, yerli sortlarımızın mənimsənilməsinin qarşısının alınmasına kömək edəcək. “Azərbaycan ampeloqrafiyası” II cild monoqrafiyası Azərbaycan Respublikasında üzüm genofondunun ampeloqrafik tədqiqinə həsr olunub və “Azərbaycan ampeloqrafiyası” I cildin davamı olan fundamental əsərdir.
“Azərbaycan ampeloqrafiyası” II cild monoqrafiyası 9 fəsildən ibarət olmaqla, Giriş (Azərbaycanda üzümçülük), Ümumi ampeloqrafiya (Azərbaycanda ampeloqrafik tədqiqatlara dair, Azərbaycanda üzümçülüyün inkişaf strategiyası, Azərbaycanda becərilən üzüm sortlarının genofondunun tərkibi, Azərbaycanda üzümçülüyün yenidən inkişaf etdirilməsinin elmi əsasları, Üzüm sortlarının polimorfizm xüsusiyyətləri), Rəqəmsal ampeloqrafiya (Azərbaycanda V.Vinifera L. növünə məxsus olan sortların kod və şifrələri, Azərbaycan Respublikası ərazisində becərilən üzüm sortlarının şifrə və kodları), Xüsusi ampeloqrafiya (universal, texniki, seleksiya yolu ilə yeni alınmış və introduksiya olunmuş geniş yayılan sortlar) və ölkəmizdə ampeloqrafik tədqiqatlara dair elmi əsərlər bölmələrindən ibarətdir. Kitab azərbaycan dilində yazılsa da əsas bölmələr, o cümlədən sortların ampelo-deskriptor xüsusiyyətləri, onların adları rus və ingilis dillərində verilib.
Kitabdan əcnəbi oxucuların da istifadə edə bilməsi üçün sortların əsas diaqnostik əlamətləri və göstəriciləri beynəlxalq miqyasda qəbul edilmiş üzümün əsas irsi əlamətlərinin kodlaşdırılmış və şifrələnmiş sistemi əsasında rəqəmsal formada yazılıb. Sortların genetik əlamətlərin OIV deskriptorları üzrə beynəlxalq miqyasda qəbul edilmiş şifrə və kodları əsasında oxunması üçün ingilis və rus dillərində açarları verilib. Əsərdə 23 universal, 39 texniki, 17 seleksiya yolu ilə alınmış və 13 introduksiya olunmuş üzüm sortunun tam ampeloqrafik təsvirlərləri, ampelo-deskriptor xüsusiyyətləri və rəngli fotoşəkilləri verilib.
“Azərbaycan ampeloqrafiyası” II cild fundamental kapital əsər ali məktəb tələbələri, magistirlər, doktorantlar, elmi işçilər, üzümçülüklə məşğul olan fərdi təsərrüfat sahibləri, fermerlər və digər oxucuların istifadəsi üçün nəzərdə tutulub.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026