Azərbaycan aqrar elmi tarixində ilk dəfə tərəvəzçilik sahəsi üzrə fundamental ensiklopediya hazırlanıb. “Tərəvəzçilik ensiklopediyası” (terminlər, anlayışlar və şərhlər) kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışlara izahlar verilib. Ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və əlaqəli sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən lüğətlər və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçilik, bostançılıq, kartofçuluğun çox geniş və çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələrində olan əlaqəli terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.
Ensiklopediyada həmçinin, yarandığı ilk gündən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun tərəvəzçilik, bostançılıq və kartofçuluq üzrə müxtəlif mövzularda apardığı elmi-tədqiqat işləri, xüsusən də bu bitkilərin seleksiyası və toxumçuluğu sahəsində apardığı işlər - yaradılmış sortlar, onların təsviri, biomorfoloji xüsusiyyətləri, aprobasiyası, toxumçuluğu və aqrotexnikası haqqında ətraflı məlumat verilib.
Tərəvəzçilik ensiklopediyası tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026