Azərbaycan Respublikası Prezidentinin 28 fevral tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı çərçivəsində ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Dövlət Proqramının 2022-2023-cü tədris ili üçün prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanıb. Siyahıya prioritet hesab edilən 15 ixtisas sahəsindən biri olan kənd təsərrüfatı üzrə dünyanın 27 ölkəsinin 136 nüfuzlu xarici ali təhsil müəssisəsinin təhsil proqramları daxil edilib.
Kənd təsərrüfatı ixtisas sahələrinə uyğun təhsil proqramlarının olduğu nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı ilə aşağıdan tanış olmaq mümkündür.
"2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" çərçivəsində kənd təsərrüfatı ixtisas sahələrinə uyğun təhsil proqramlarının olduğu nüfuzlu xarici ali təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün siyahısı
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026
Qaxda Aqrar Biznes Festivalı keçirilib
03 Avqust 2026
Lənkəranda Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirləri intensivləşdirilir
01 Avqust 2026
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026