Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda aqronomluq üzrə təlimlərə start verilib.
Açılış mərasimində çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri James Şarp bildirib ki, dünya ölkələrinin qlobal qida çatışmazlığı ilə üzləşdiyi bir vaxtda ekoloji kənd təsərrüfatı məhullarının istehsalı son dərəcəcə əhəmiyyətlidir. Səfir qeyd edib ki, insan sağlamlığına verilən dəyər ilk növbədə istehsalın düzgün təşkilindən başlayır: “Aqrar iqtisadiyyat hər bir ölkənin inkişafının davamlılığının təmin edilməsi üçün son dərəcə vacib istiqamətdir. Son illər Azərbaycanda həyata keçirilən aqrar islahatları miqyasına görə yüksək qiymətləndiririk, bu islahatlar fonunda ekoloji qaydaların qorunması, istehsalda aqronomluq tələblərinə əməl edilməsi zəruridir”.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib ki, son illər ölkədə aqrar sektora dövlət tərəfindən dəstək tədbirləri genişləndirilir. Bununla yanaşı, kadrların bilik səviyyəsinin artırılması, bu sahəyə innovasiyaların gətirilməsi xüsusi diqqət mərkəzində saxlanılır: “Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, məşğulluq və ixracın artırılması hazırda prioritet istiqamətlərdəndir. Azərbaycan məhsuldarlığın yüksəldilməsi üçün dəqiq əkinçiliyə keçid mərhələsəndədir. Fermerlərin yeni innovativ üsulları öyrənməsi və tətbiq etməsi olduqca vacib məsələlərdəndir. Onların bilik və bacarıqlarının artırılması üçün kadr bazasının gücləndirilməsi daim diqqətdədir. Ümid edirik ki, bu təlimlərə cəlb olunmuş mütəxəssislər təlimlər zamanı əldə etdikləri bilikləri regionlarda yaşayıb fəaliyyət göstərən fermerlərə uğurla çatdıracaqlar”.
Tədbirdə çıxış edən digər beynəlxalq ekspertlər vurğulayıblar ki, Böyük Britaniya hökumətinin bu təşəbbüsü iki ölkə arasında aqrar sahədə əməkdaşlığın mühüm mərhələsi olacaq.
Təlimlərə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının ixtisaslı mütəxəssisləri, elmi-tədqiqat institutlarının əməkdaşları, eləcə də məsləhət-informasiya xidməti göstərən təşkilatların nümayəndələri cəlb olunub. Əsas məqsəd pestisid, gübrə və bioloji qidalandırıcıların tətbiqi ilə məşğul olan təlimçilərin bacarıqlarının daha da yüksəldilməsi, bu sahədə əldə olunmuş ən son yenilikərin onların vasitəsi ilə fermerlərə çatdırılmasıdır. Təlimər üç gün Bakıda, bir gün isə Gəncə şəhərində keçiriləcək və çoxsaylı mütəxəssisləri əhatə edəcək.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
13 Fevral 2026
Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
13 Fevral 2026
Zəngilan rayonunun Məmmədbəyli kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün sonuncu müraciətlərin qəbuluna başlanır
12 Fevral 2026
Sahənizlə bağlı don, xəstəlik, zərərverici, hava məlumatları, suvarma, dərmanlama vaxtları ilə bağlı WhatsApp üzərindən məlumat ala bilərsiniz
12 Fevral 2026
Fermerlərə subsidiya ödənişlərinə start verilir
12 Fevral 2026