BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin birillik fəaliyyətinin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələrinin, özəl şirkətlərin təmsilçilərinin daxil olduğu layihənin işçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin yekununa – 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.
Layihə rəhbəri, beynəlxalq məsləhətçi Gülcahan Qurbanova layihənin əldə etdiyi nəticələrdən danışarkən qeyd edib ki, iqtisadi rayonların aqrar xəritələşməsi tamamlanıb, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmə başa çatıb. Bundan başqa, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsinə, xidmət təminatçılarının bazasının yaradılmasına başlanıb. Eyni zamanda, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün seminarlar keçirilib. O, noyabr ayında digər iqtisadi rayonlar üçün də analoji tədbirlərin planlaşdırıldığını vurğulayıb. Layihə rəhbəri aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları, fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilmiş müzakirələri vacib fəaliyyət kimi qiymətləndirib. Qeyd olunub ki, ölkədə aqrar sahəni əhatə edən digər layihələrlə tərəfdaşlığın qurulması və əməkdaşlıq haqda razılıqların əldə olunması layihənin daha bir uğurudur.
Layihənin mütəxəssisləri monitorinq və qiymətləndirmə meyarları, aqrar məsləhət xidmətlərinin qiymətləndirilməsi üzrə nəticələr, aqrar sahənini xəritələşməsinin güclü, zəif cəhətlərinin analizi barədə təqdimatlar ediblər.
FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.
Layihənin əsas benefisiarı olan Aqrar Elm və İnnovasiya mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev fermerlər arasında aqrar məsləhət xidmətlərindən istifadənin təşviq olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, fermerlər aqrar sahədəki yeni texnologiyalara daha çox maraq göstərməlidir. İşçi qrupun üzvləri layihə tərəfindən hazırlanacaq strategiyada Azərbaycan üçün təklif ediləcək aqrar məsləhət xidmətləri modelində dövlət və özəl xidmət təminatçılarının fəaliyyətlətinin dəqiq təsvir olunmasının vacibliyini bildiriblər.
Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov fermerlərin aqrar məsləhət xidmətlərindən istifadəsi üçün subsidiya mexanizminin tətbiqində Türkiyə modelinin araşdırılmasını təklif edib. Layihə rəhbəri Gülcahan Qurbanova həm qabaqcıl beynəlxalq təcrübələrin, həm də yerli tələblərin nəzərə alınaraq, ölkə üçün uyğun model hazırlanacağını, həmin modeldə bütün bu məqamların nəzərə alınacağını bildirib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024