Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə portağal sahələrinin sığortalanması şərtləri açıqlanıb. Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə portağal bağlarının sığortalanması üçün artıq indidən müraciət edə bilərlər.
Portağal sahələrinin sığortalanması zamanı portağalın məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq. Qaydalara əsasən, hesablama aparılması üçün portağal bitkisinin 1 hektarı üzrə məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Belə ki, portağalın bir hektarı üçün məhsuldarlıq norması 33,3-720 sentner arasında, qiymət isə 80-130 manat/sentner arasında müəyyən edilib.
Bir hektar sahədən məhsuldarlıq və qiymət hədləri aşağıdakı kimidir:
Portağal |
Məhsuldarlıq (Sentner/ha) |
Qiymət (AZN/ Sentner) |
Minimum |
33,3 |
80 |
Maksimum |
720 |
130 |
Portağal sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir:
Misal: Lənkəranda əkin sahəsi – 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda
Sığorta məbləği = 2 x 130 x 100 = 26 000 manat müəyyən edilir.
Qaydalara görə, aqrar sığorta çərçivəsində portağal bitkisinin sığortalanması üçün 3 sığorta zərfi təklif edilir.
Bunlardan birincisi - əksər riskləri əhatə edən “baza zərfi”, digərləri isə əlavə riskləri əhatə edən zərflərdir. Sığorta zərfləri bir-birindən, əhatə etdiyi risklərlə yanaşı, azadolma məbləğləri ilə də fərqlənirlər. Birinci, “baza zərfi”ndə azadolma məbləği 10%-dir. Bu zərf portağal bitkisini dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və üçüncü şəxslərin hərəkətindən sığorta edir.
1-ci sığorta zərfinə aşağıdakı risklər aiddir:
2-ci sığorta zərfi
İkinci sığorta zərfi üzrə azadolma məbləği 30%-dir. Bu zərf portağal bitkisini bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu risklərindən qoruyur.
2-ci sığorta zərfinə aid risklər:
bitki xəstəlikləri və zərərvericilər;
3-cü sığorta zərfi
Üçüncü sığorta zərfi üzrə azadolma məbləği 10%-dir. Bu zərf portağal bitkisini dolu vurması nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən qoruyur.
3-cü sığorta zərfinə aid risklər:
Daha sadə desək, 3-cı sığorta zərfi fermerləri, məhsulu dolu vurması nəticəsində malın görünüşünün və keyfiyyətinin korlanmasından qoruyur. Məsələ bundadır ki, dolunun zədələdiyi meyvələrin qiyməti ucuzlaşır və bu hal fermerə maddi zərər vurur. 3-cü sığorta zərfi də bu zərəri qarşılamaq üçün nəzərdə tutulur. Hansı sığorta zərfinin seçilməsi fermer və ya portağal bağının sahibinin qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, ya da onun üstünə əlavə olaraq 2-ci və 3-cü zərfləri də seçə bilərlər. Yəni baza zərfi seçilmədən 2-ci və 3-cü sığorta zərfləri seçilə bilməz.
Portağalın sığortalanması üçün tariflər və sığorta haqları
Portağalın sığortası üçün tələb olunan sığorta tarifləri və sığorta haqları portağalın məhsuldarlığı, qiyməti və seçilən sığorta zərfi ilə yanaşı, ölkənin bölgələrindən də asılı olaraq dəyişir. Daha az təbii fəlakət riski olan bölgələrdə sığorta haqları daha aşağıdır. Fəlakət riski yüksək olan ərazilərdə isə sığorta tarifləri və haqları nisbətən yüksəkdir. Sığorta zərflərinin əhatə etdiyi risklər, azadolma məbləğləri və sığorta haqları ölkənin regionları üzrə aşağıdakı kimidir:
|
1-ci (baza) sığorta zərfi |
2-ci sığorta zərfi |
3-cü sığorta zərfi |
İqtisadi rayonlar |
· dolu; · yanğın; · zəlzələ; · torpaq sürüşməsi; · qasırğa; · fırtına; · üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat |
· bitki xəstəlikləri və zərərvericilər;
· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat |
· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat |
Azadolma |
10 % |
30% |
10% |
Gəncə-Qazax |
4,28% |
2% |
1,98% |
Aran |
2,68% |
2% |
1,18% |
Quba-Xaçmaz |
2,42% |
2% |
1,05% |
Şəki-Zaqatala |
4,28% |
2% |
1,98% |
Dağlıq Şirvan |
3,68% |
2% |
1,68% |
Lənkəran |
2,42% |
2% |
1,05% |
Abşeron |
2,38% |
2% |
1,03% |
Yuxarı Qarabağ |
3,26% |
2% |
1,47% |
Göründüyü kimi, ən yüksək sığorta tarifləri Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarında, ən aşağı sığorta tarifləri isə Quba-Xaçmaz, Lənkəran və Abşerondadır. Yeri gəlmişkən, sitrus bitkilərinin kütləvi şəkildə becərildiyi Lənkəran regionunda tariflərin aşağı olması bu bitkilərin sığortalanması üçün fermerlərə olduqca sərfəli imkan yaradır.
Ayrı-ayrı bölgələrdə portağal sahəsinin sığortalanması üçün sığorta haqqı belə hesablanır:
Misal 1: Lənkəranda əkin sahəsi – 2 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda
Sığorta haqqı = 26 000 manat X 2,42% = 629,2 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 26 min manat olan məhsulun sığortalanması üçün fermer cəmi 314,5 manat və ya hər hektara cəmi 157,3 manat ödəyir.
Misal 2: Astarada əkin sahəsi – 3 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 130 sentner, 1 sentner məhsulun bazar qiyməti 100 manat olduqda
Sığorta haqqı = 39 000 manat X 2,42% = 943,8 manat təşkil edir.
Sığorta haqqının 50%-ni dövlət, yalnız qalan hissəni fermer ödəyir.
Nəticədə ümumi dəyəri 39 min manat olan məhsulun sığortalanması üçün fermer 471,9 manat və ya hər hektara cəmi 157,3 manat ödəyir.
Qaydalara əsasən, fermerlər sığorta haqqının onlara aid olan hissəsini hissələrlə ödəyə bilərlər. Bu halda sığorta haqqının yarısı dərhal, digər yarısı isə 1 aydan sonra ödənilir.
Fermerlərə sığorta haqqı güzəştləri
Bəzi hallarda fermerlərə sığorta haqqının ödənişində əlavə güzəştlər nəzərdə tutulub. Belə ki, sığortalanmış predmetin yerləşdiyi ərazi dolu riskindən qorunma konstruksiyalarına malik olduqda sığorta haqqına 5% güzəşt edilir. Bundan başqa, sığorta hadisəsi olmadan başa çatan hər ilə görə fermer sığorta haqqında 5% güzəşt alacaq. Məsələn, hadisəsiz keçən 1 ildən sonra sığorta haqqında 5%, iki ildən sonra 10%, üç ildən sonra isə 15% güzəşt ediləcək. Nəhayət, yaşı 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.
Portağal sahələrinin sığortalanması üçün müraciətlər başlayıb
Aqrar Sığorta Fondundan verilən məlumata görə, portağal sahələrinin sığortalanması üçün müraciətlərə başlanılıb. Fermerlər və iş adamları portağal sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprelin 10-dək davam edəcək. Aprelin 10-dək edilən müraciətlərdə portağal sahəsinin sığortalanması üçün sahəyə baxış keçirilməyəcək. Aprelin 10-dan mayın 10-dək olan dövrdə edilən müraciətlər zamanı isə portağal sahələrinin sığortalanması üçün əraziyə müstəqil sığorta eksperti gələrək sahəyə baxış keçirəcək.
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, portağal, fındıq və pambıqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024