Seminarda klon seleksiya yolu ilə əldə edilmiş yeni çay sortları nümayiş olunub
Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində “Azərbaycanda çayçılığın və çəltikçiliyin inkişaf potensialı” mövzusunda elmi-praktiki seminar keçirilib. Seminar Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidməti, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Lənkəran RAEİM Mərkəzi və AMEA Lənkəran Regional Elm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda çıxış edən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov aqrar sahənin elmi təminatının daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər, prezident İlham Əliyevin 2018-2027-ci illər ərzində çayçılığın inkişafı üzrə imzalanmış sərəncam barədə ətraflı məlumat verib.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran Çay Filialının direktoru İltifat Kərimov çayçılığın vəziyyəti və əsas problemləri barədə çıxış edib. O, qeyd edib ki, çayçılığın inkişafı ölkə iqtisadiyyatına müsbət təsir edəcək və ixrac yönümlü məhsul kimi ölkənin gəlirlərinin artmasına xidmət edəcək.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Vahid Əliyev \"Azərbaycanda çayçılığın mövcud vəziyyəti\", AMEA Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev - “Çay plantasiyalarının salınmasının müasir texnologiyaları”, MÇETİ Lənkəran Çay Filialının aparıcı elmi işçisi Fərman Abdullayev \"Modern çay tinglərinin yetişdirilmə texnologiyası\", Lənkəran RAEİMM-nin direktoru Teyyub Rzayev - \"Azərbaycanda çəltikçiliyin inkişafı\", MÇETİ Aqroekologiya və analizlər laboratoriyasının müdiri Faiq Əliyev “Çay və sitrus meyvə bitkilərinin xəstəlik və zərərvericiləri, onlara qarşı inteqrir mübarizə tədbirləri” mövzularında məruzələrlə çıxış edib və seminar iştirakçılarının suallarına cavab veriblər.
Elmi-praktiki seminarda Lənkəran-Astara bölgəsində fəaliyyət göstərən fermer və sahibkarlara Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış çay bitkisinin becərilməsinə dair 1 kitabça paylanıb. Elmi-praktiki seminarın davamı olaraq Lənkəran Çay Filialının çay plantasiyalarına, müxtəlif əkin sxemləri və gübrələmə normaları öyrənilməsi üzrə təcrübə sahələrinə baxış keçirilib, çayın genefond kolleksiya sahəsi və klon seleksiya yolu ilə əldə edilmiş yeni çay sortları seminar iştirakçılarına əyani olaraq nümayiş edilib. Nümayiş zamanı Lənkəran Çay Filialının şöbə müdiri Sabir Ramazanov seminar iştirakçılarının suallarını cavablandırıb və onlara çay plantasiyalarının salınması və becərilməsi haqqında əlavə məlumatlar verib.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026