Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunan “Kənddən Şəhərə” Yeni il yarmarkası bu gün fəaliyyətə başlayıb.
Yarmarka 30 dekabr tarixinədək Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda vətəndaşların xidmətində olacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer öz təsərrüfatlarının məhsulları ilə iştirak edirlər.
Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla baş tutur. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə əvvəlcədən dezinfeksiya işləri aparılıb, həmçinin yarmarkanın fəaliyyəti boyunca tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət ediləcək. Mütəmadi olaraq fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçüləcək, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunacaqlar.
Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstərilib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
10 Sentyabr 2026
Fermerlər üçün iqlim maliyyəsinin əlçatanlığının artırılması müzakirə olunub
09 Sentyabr 2026
Aqrar Xidmətlər Agentliyinin Yay Təcrübə Proqramı iştirakçıları üçün müsabiqə keçirilib
09 Sentyabr 2026
Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib
09 Sentyabr 2026
“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub
08 Sentyabr 2026