Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Texniki əməkdaşlıq proqramı çərçivəsində Salyan rayonunun Şorsulu kəndində “Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyanın və Torpaqların Konsolidasiyası üzrə pilot layihənin hazırlanmasına dəstək” layihəsi üzrə icma inkişafına dair yekun seminar keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycanda Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul şəxsləri, yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər iştirak edib.
İştirakçılara layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə mövcud təcrübəsi barədə məlumatlar verilib. Daha sonra layihə çərçivəsində əldə olunan nəticələrlə bağlı təqdimat keçirilib. Seminar iştirakçılarına layihənin icrası zamanı əldə edilən təcrübə, bilik və bacarıqlar barədə məlumat verilib. Tədbirdə gələcəkdə layihənin nəticələrinin tətbiqi perspektivləri müzakirə olunub.
Seminarda çıxış edən Layihənin Baş Texniki Eksperti Morten Hartvigsen bildirib ki, Azərbaycan fermer təsərrüfat strukturlarının yaxşılaşdırılmasına aparan bir yola qədəm qoyub: “Buna baxmayaraq, ölkənin torpaqların konsolidasiyası ilə bağlı fəaliyyətin genişləndirilməsi konsepsiyasını həyata keçirmək üçün əlavə beynəlxalq texniki yardıma ehtiyacı olacaq".
Qeyd edək ki, layihənin nəticəsi olaraq Torpaqların konsolidasiyası üzrə Dövlət Proqramı, Milli Strategiya və “Kənd təsərrüfatı torpaqlarının birləşdirilməsi haqqında” qanun layihəsi hazırlanaraq müzakirə və uyğunlaşma üçün hökümətə təqdim edilib.
Xatırladaq ki, layihənin ilkin mərhələsində Salyan rayonunun Şorsulu kəndi pilot ərazi kimi seçilərək burada texniki-iqtisadi əsaslandırma aparılıb. Şorsulu kəndində 608 torpaq mülkiyyətçisi arasında torpaqdan istifadə, torpaq mülkiyyətinin qeydiyyatı ilə bağlı çətinliklər, alqı-satqı, mübadilə və ya icarə yolu ilə torpaqların konsolidasiyasında iştirak niyyətlərini öyrənmək üçün sorğu aparılıb. Fermerlərin 88%-i torpaq sahələrinin birləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Tədqiqatın nəticələrinə əsasən pilot kənd üçün torpaqların yenidən bölüşdürülmə planı tərtib edilib. “Kənd təsərrüfatı təyinatlı torpaqların birləşdirilməsi haqqında” qanun qəbul edildikdən sonra bu proses tam yekunlaşdırılıb həyata keçirilə bilər və yeni torpaq sahələri qeydiyyata alına bilər.
Torpağların konsolidasiyasının faydaları barədə məlumatlılığın artırılması məqsədilə dörd icma inkişafı əsaslı seminar təşkil olunub. Layihə çərçivəsində pilot ərazinin sakinləri üçün yerli icma inkişafı planı hazırlanıb. Planda əsas diqqət bu ərazidə kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılmasına, o cümlədən kəndin hazırda suvarma sisteminə daxil olmayan hissələrində suvarmanın təşkil edilməsinə yönəldilib. Bununla yanaşı, layihə çərçivəsində Şorsulu kəndində əsas kanalın üzərində piyada keçidi inşa olunub.
Dövlət Proqramının icrası çərçivəsində aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir
01 Oktyabr 2026
Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
30 Sentyabr 2026
Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir
30 Sentyabr 2026
Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur
30 Sentyabr 2026
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
29 Sentyabr 2026