Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baramaçılığın səmərəli təşkili ilə bağlı fevral ayı üzrə onlayn təlim proqramına start verilib. Məqsəd Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi və barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsidir.
Onlayn təlim proqramına ilkin olaraq 28 rayondan ümumilikdə 300-ə yaxın şəxs cəlb olunub. Fevral ayı üzrə növbəti təlimlərdə Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Füzuli, Goranboy, Göyçay, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Laçın, Lənkəran, Masallı, Oğuz, Qax, Qəbələ, Qubadlı, Saatlı, Sabirabad, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Beyləqan, Yevlax, Zaqatala, Zəngilan, Zərdab rayonlarının Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları və kümçülər iştirak edib.
Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi, baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı qarşıda duran vəzifələrə toxunub.
Təlimdə “Qax damazlıq və İpəkçilik” Stansiyasının direktoru Əkrəm Fətəliyev, “Azəripək” MMC-nin mütəxəsisləri Fəraim Yusifov və Beydulla Zahirov “Tut ipəkqurdunun aqrozootexniki qaydalara uyğun bəslənməsi, kümxanaların təlimata uyğun hazırlanması, tut ipəkqurdu xəstəliklərinə qarşı səmərəli mübarizə tədbirləri, yem bazasının, çəkil bağlarına qulluq işlərinin yaxşılaşdırılması mövzularında çıxış ediblər.
Baramaçılıqla bağlı tədbirlər planına əsasən işlərin davamlı təşkili, kümxanaların təlimata uyğun olaraq hazırlanması, çəkil bağlarına qulluq işləri və fermerlərin maarifləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, təlim proqramında baramaçılığın inkişafı ilə bağlı kümçülər tərəfindən səsləndirilən təkliflər qeydə alınıb.
Ağdam rayonuna mediatur təşkil edilib
06 Oktyabr 2026
Ağdam rayonunda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirilib
05 Oktyabr 2026
Ağdamda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
05 Oktyabr 2026
Dövlət Proqramının prioritet istiqamətləri üzrə baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir
05 Oktyabr 2026
Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb
02 Oktyabr 2026