Son vaxtlar respublikamızın əksər bölgəsində kənd təsərrüfatı məhsullarının yığımı ilə əlaqədar həmin sahədə istifadə olunan texnikanın tez-tez avtomobil yollarında hərəkət etməsi və müxtəlif növ malların daşınması halları müşahidə olunur.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən ayrı-ayrı sürücülər tərəfindən belə daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi yol hərəkəti qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real şərait yaradır.
Belə qəzaların qarşısının alınması məqsədilə kənd təsərrüfatı sahəsində işləyən və bu növ məhsulların daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, kənd təsərrüfatı məhsullarının daşınması yalnız texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə həyata keçirilsin, həmçinin kənd təsərrüfatı texnikasının avtomobil yolu, yaxud əkin sahəsində hərəkət etməsindən asılı olmayaraq sürücüsünün alkoqollu içkilərin və ya psixotrop maddələrin təsiri altında, habelə yorğun və yuxulu halda sükan arxasına əyləşməməsinə xüsusi diqqət yetirilsin.
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026
Pambıq emalı şirkətlərinə satdıqları məhsulun dəyərini ala bilməyən fermerlərin müraciətlərinə dair açıqlama
13 Noyabr 2026
Ağsuda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
12 Noyabr 2026