Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda Barama İstehsalçıları Şurasının iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri, tabeli qurumların, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, Barama İstehsalçıları Şurasının üzvləri, ölkənin qabaqcıl kümçüləri və barama qurdunun bəslənməsi üzrə məsləhətçilər iştirak ediblər.
İclası giriş sözü ilə açan Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir”.
Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri İnam Kərimov bu sahənin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib. Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər barədə fermerləri məlumatlandırıb.
Kənd Təsərrüfatı nazirinin müşaviri Şöhrət Vəkilov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov, Nazirliyin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, “Azərİpək” MMC-nin direktoru Nizami Qəribov, eləcə də baramaçılıqla məşğul olan fermerlər çıxış edərək ölkədə barama istehsalında mövcud vəziyyətdən danışıb, baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
İclasda Barama İstehsalçıları Şurasının 2020-ci il üçün tədbirlər planı müzakirə edilib, baramaçılığın inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Sonda tədbir iştirakçıları mobil tipli kümxanaya baxış keçiriblər.
Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
28 Aprel 2026
Yaylaqlara köç edəcək fermerlər üçün təhlükəsizlik qaydalarına dair təlimlər davam edir
28 Aprel 2026
AKİA sədri Yalçın Camalov Naxçıvanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
27 Aprel 2026
Cəbrayılın Horovlu kəndində torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanır
27 Aprel 2026
Cenevrədə Azərbaycanın aqrar sahədə rəqəmsallaşma, iqlimə dayanıqlılıq və fermer mərkəzli yanaşma üzrə təcrübəsi təqdim edilib
27 Aprel 2026