Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Beyləqan Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar mal-qara, davar və quşlar yetişdirilən və saxlanılan binaların dezinfeksiyası və dezinseksiyası davam etdirilir. Qışlamaya hazırlıq ilə əlaqədar olaraq ayrı-ayrı təsərrüfatlarda dezinfeksiya və dezinseksiya işləri həyata keçirilib.
Qeyd edək ki, başa vurmaqda olduğumuz il ərzində Beyləqan rayonunda 80 min kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 139960 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya tədbirləri aparılıb.
Ümumiyyətlə, heyvanlar saxlanılan binalar və ətraf ərazilərdə aparılan tədbirlər zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dezinfeksiyaedici və dezinseksiyaedici dərman maddələrindən istifadə edilib.
“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Beyləqan Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu dövr ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 9734 baş iribuynuzlu və 44742 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 3586 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik), 4474 baş qoçlarda infeksion epidedimitə (seroloji) və 1246 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələr aparılıb və yoluxma aşkar edilməyib.
Həmçinin cari ilin ötən dövrü ərzində 54348 baş iribuynuzlu, 298418 baş xırdabuynuzlu, 7463 baş cavan iribuynuzlu, 2052 baş təkdırnaqlı heyvanda qarayara, 98036 baş iribuynuzlu, 247779 baş xırdabuynuzlu heyvanda dabaq, 54546 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 11158 baş iribuynuzlu, 2920 xırdabuynuzlu heyvanda leptospiroz, 200997 baş xırdabuynuzlu heyvanda çiçək, 4862957427 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 8618 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 4912 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 545855 başda “La-sota” vaksini, 540494 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Beyləqan Rayon Baytarlıq İdarəsi rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirir.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində quşlar arasında askaridioza, xırdabuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza, monezioz-tizaminioza qarşı və iribuynuzlu heyvanlarda diktikalyoza, fassilyoza qarşı kaproloji müayinələr, eləcə də heyvanlarda ektoparazitlərə qarşı çimizdirmə tədbirləri aparılıb.
Hazırda Beyləqan Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024