Beyləqandakı Heydər Əliyev Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, fermerlər, mexanizatorlar və mütəxəssislər iştirak ediblər.
Tədbirdə Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 26-da Bərdə rayonunda keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində verilmiş tapşırıqların icrası vəziyyəti müzakirə olunub.
Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov respublikada pambıqçılığın inkişafı strategiyasından söz açıb, Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdırıb. Pambığın strateji məhsul olduğunu deyən Seyfəddin Talıbov dünyada bu məhsulun inkişafının 7 faiz azaldığını, ehtiyacın isə 5 faiz artdığını vurğulayıb. Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu xatırladan nazir müavini pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezidentin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını deyib. 2016-cı ildən başlayaraq Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunan Seyfəddin Talıbov pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin görüldüyünü deyib.
Sentyabrın 4-də İmişlidəki Heydər Əliyev Mərkəzində də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə rayonda pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Onun sözlərinə görə, İmişlidə kənd təsərrüfatının kompleks inkişaf etdirilməsi ilə bağlı aparılan işlər öz gözəl nəticəsini verir. Rayonda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, ənənəvi sahə olan pambıqçılığın inkişafına da xüsusi diqqət yetirilir.
Vilyam Hacıyev qeyd edib ki, ötən il rayonda 15 min 220 hektar sahədə pambıq əkilib və 14 min 657 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib. Bu il isə rayonda 13 min 645 hektar sahədə pambıq əkilib. Artıq sahələrdə becərmə işləri başa çatıb. Yaxın günlərdə kütləvi pambıq yığımına başlanacaq. Bunun üçün rayonda bütün lazımi hazırlıq işləri görülüb. Pambıq qəbulu məntəqələri, yığıma cəlb olunacaq texnika tam hazır vəziyyətə gətirilib.
Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Respublika Bitki Mühafizə Mərkəzinin rəisi Damət Sultanov “Bitki mühafizə vasitələrindən səmərəli istifadənin təşkili”, “Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor əvəzi Azad İbrahimov “Pambığın yüksək aqrotexniki qaydada becərilməsi” mövzularında çıxış ediblər.
Tədbirdə fermerlərin sualları cavablandırılıb, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024