Kürdəmir rayonu ərazisində kənd təsərrüfatının xüsusi təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri aparılıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmricilərin say miqdarının müəyyən edilməsi məqsədi ilə rayon ərazisində ümumilikdə 3200 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 1350 hektar sahədə zərəvericilərlə sirayətlənmə qeydə alınıb
Kürdəmir rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 500 hektar sahədə kimyəvi üsulla, 40 hektar sahədə isə suvarma üsulu ilə mübarizə aparılıb.
Belə ki, rayonun Dəyirmanlı kəndində fermerlər Hacıyev Fərhad Həsən oğlu, Səmədov Mahır Tofıq oğlu, Həmidov Elşən Zülüm oğluna məxsus 350 hektar, Qarasu kəndində yaşayan fermer Qocayev Zaxar Abdulla oğluna məxsus 150 hektar payızlıq əkin sahələrində aparılan müşahidələr zamanı sirayətlənmə İqdisadi Ziyanvurma Həddindən yüksək olduğu, yəni 1 hektar sahədə işlək yuvaların sayı 240-260 ədəd olduğu müəyyən edilib.
Ümumilikdə Kürdəmir rayonu üzrə 500 hektar payızlıq əkin sahəsində aparılan kimyəvi mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlanıb və hər yuva üçün 10 qram olmaqla istifadə olunub.
Lənkəran rayonunda da siçanabənzər gəmiricilərə qarşı müsahidə və mübarizə tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən bu günə qədər Lənkəran rayonu ərazisində 1150 hektar sahədə fitosanitar müsahidə aparılıb və 400 hektar sahədə zərərverici ilə sirəyətlənmə aşkar olunub.
Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 250 hektar payızlıq taxıl əkini sahəsində kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə zamanı “Brodifakum” preparatından (0.02 kq/ha-100 ədəd işlək yuva) aldadıcı yem hazırlayaraq hər yuva üçün 10 qram olmaqla istifadə olunub.
Hazırda Lənkəran rayon ərazisində mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, aldadıcı yemin hazırlanmasında və tətbiqində texniki təhlükəsizlik qaydalarına ciddi nəzarət edilir.
Məlumat üçün bildirək ki, “Brodifakum” preparatı qanın antikoaqulyantı olmaqla, siçanabənzər gəmiricinin kapilyar damarlarını zədələyir və 4 sutka ərzində ölümünə səbəb olur.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026