Cari ilin iyun ayından Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Fumiqasiya Mərkəzi tərəfindən respublikamızın bir sıra rayon və şəhərlərində istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri həyata keçirilib.
Bununla əlaqədar fiziki və hüquqi şəxslərin müraciəti əsasında xarici ölkələrə ixrac olunan meşə materialları, pambıq və fındıq məhsulu, buğda kəpəyi saxlanılan, eləcə də ölkə daxilində yetişdirilən məhsullar üçün nəzərdə tutulan anbarlar, elevatorlar və digər saxlanma yerlərində, ümumilikdə 210347.4 kub metr sahədə zərərsizləşdirmə tədbirləri həyata keçirilib.
Belə ki, fumiqasiya tədbirləri ixrac olunması planlaşdırılan 146.5 ton fındıq məhsulu, 138.9 ton buğda kəpəyi, 2181 ton pambıq məhsulu, 9036 kub metr meşə materialı, eləcə də daxili istehlak üçün nəzərdə tutulan məhsullar və istehlak malları saxlanılan 196165 kub metr anbar və digər saxlanma yerlərində aparılıb.
Qeyd edək ki, zərərsizləşdirmə tədbirləri həyata keçirilən zaman şəxsi və ictimai təhlükəsizlik qaydalarına ciddi əməl edilir, fərdi mühafizə vasitələrindən (əleyhqaz, xüsusi geyim forması – kombinezon, xüsusi ayaqqabı, əlcəklər və ilkin tibbi yardım çantalarından) istifadə edilir, eləcə də fermerlərə və sahibkarlara zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi və bu tədbirlər zamanı təhlükəsizlik qaydalarına əməl olunması qaydaları izah edilir. Bildirilir ki, zərərsizləşdirmə tədbirlərinin yerinə yetirilməsi, karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir və fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Son zamanlar dünyanın bir sıra ölkələrində yayılmış karantin və xüsusi təhlükəli orqanizmlərin respublika ərazisinə daxil olmasının qarşısını almaq və anbarlarda bu zərərli orqanizmlərin məhv edilməsini təmin etmək məqsədilə karantin nəzarətində olan obyektlərdə zərərsizləşdirmə tədbirlərinin təlimata uyğun həyata keçirilməsi zəruridir. Fumiqasiya tədbirləri həyata keçirilməyən anbarlarda və digər saxlanma yerlərində məhsulun saxlanılması qanunla müəyyən edilmiş qaydada qadağandır.
Aqrar Tədqiqatlar Mərkəzi tərəfindən aqrar sektorun problemləri üzrə AQEM konfransı keçirilib
07 Noyabr 2025
Saatlıda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
06 Noyabr 2025
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağstafada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
06 Noyabr 2025
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
06 Noyabr 2025
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
05 Noyabr 2025