Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud olan epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Aparılan tədbirlər rayonun 110 yaşayış məntəqəsində yetişdirilən 91 min baş iribuynuzlu heyvan, 140 min baş xırdabuynuzlu heyvan, 500 min başdan yuxarı quş və digər heyvanları əhatə edir. Eləcə də rayon ərazisində heyvanların saxlandığı binalar, binaətrafı ərazilər və rayonda mövcud olan həftəlik diri heyvan satışı bazarında mütəmadi dezinfeksiyası, dezinseksiyası işləri görülür. Qışlama və növbəti ilə hazırlıqla əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən 2130 baş heyvan saxlanılan “RVR-LTD” MMC, 1100 baş heyvan saxlanılan “Şəhriyar” fermer, 750 baş heyvan saxlanılan “SANİ” kəndli fermer və 480 baş cins heyvan saxlanılan “NÜSR-ƏT Aqro” MMC-də epizootik tədbirlərlə yanaşı, həmin təsərrüfatlarda 6500 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb.
Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində Bərdə rayonunda heyvan saxlanılan binalar və binaətrafı ərazilərdə 139711 kvadratmetr profilaktiki və 22958 kvadratmetr məcburi dezinfeksiya, eləcə də 34318 kvadratmetr ərazidə dezinseksiya işləri icra edilib.
Dezinfeksiya və dezinseksiya işlərinin növbəti ildə də davam etdirilməsi nəzərdə tutulub.
Ümumiyyətlə, heyvan saxlanılan binalar, ətraf ərazilər, eləcə də diri heyvan satışı bazarının dezinfeksiyası və dezinseksiyası zamanı almerdeheyde, ektosan, kreolin, 5%-li kaustik soda və sair dərman maddələrindən istifadə edilib.
“Epizootiya əleyhinə diaqnostika və profilaktik tədbirlər planı”na uyğun olaraq 15 sahə baytarlıq məntəqəsi vasitəsi ilə rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Bərdə Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən bu cari ilin müvafiq dövrü ərzində 101690 baş iribuynuzlu, 143990 baş xırdabuynuzlu, 6683 baş cavan iribuynuzlu, 1407 baş təkdırnaqlı heyvanda qarayara, 161074 baş iribuynuzlu heyvanda, 94344 baş xırdabuynuzlu heyvanda dabaq, 10642 baş iribuynuzlu, 5003 baş xırdabuynuzlu heyvanda leptospiroz,92153 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 28608 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini) bruselyoz, 7997 baş itdə quduzluq, 591338 baş ev quşunda nyukasl xəstəliyinə qarşı “La-sota” və “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 17740 baş iribuynuzlu və 2628 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də 5197 baş iribuynuzlu heyvanlarda vərəmə (allergik) və 882 baş atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələri aparılıb və yoluxma aşkar edilməyib.
Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirlərini aparmaqla yanaşı, mütəmadi olaraq fermerlərlə görüşlər keçirilir, heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə işləri aparılır. Eləcə də idarəyə daxil olan müraciətlər nəzarətə götürülərək yerində araşdırılıb lazımı köməkliklər göstərilir.
Hazırda Bərdə Rayon Baytarlıq İdarəsində 2019-cu ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib. Nazirliyin Təchizat İdarəsi tərəfindən avtorefrijatorlarla gətirilən baytarlıq preparatları soyuducu kameralara yerləşdirilərək “soyuq zəncir” rejiminə riayət edilir. Eləcə də idarə lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024