15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ilə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer iki ölkənin aqrar sahədə kadr hazırlığı sahəsində sıx əməkdaşlıq etdiyini bildiriblər. Qeyd olunub ki, AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.
Görüşdə təcrübə proqramında iştirak etmək istəyən namizədlər üçün qoyulmuş tələblər barədə geniş məlumat verilib, ilkin seçimlərdə proqramda iştirak hüququ qazanmış tələbələrin sualları cavablandırılıb.
Ağsuda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
12 Noyabr 2026
Azərbaycan və Qana arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
11 Noyabr 2026
Fermer və təsərrüfatlara 1,9 milyon manata yaxın aqrar sığorta ödənişi edilib
11 Noyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdərədə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
06 Noyabr 2026
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
06 Noyabr 2026