Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəsisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, aparılan fitosanitar müşahidələrə əsasən Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən Samux rayonu Burunqovaq kəndi ərazisinə Gürcüstan Respublikasına məxsus təbii otlaq sahələri istiqamətindən xüsusi təhlükəli zərərverici hesab edilən mərakeş (Dociostaurus maroccanus) çəyirtkələrinin 1-2 yaş mərhələsində olan sürfə dəstələrinin miqrasiyası müəyyən edilib. Çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazisi müəyyənləşdirilib. Kimyəvi mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində cəyirtkə miqrasiyasının ziyan vurma həddi minumuma endirilib. AparıIan kimyəvi mübarizənin 90-95% səmərəliyi olub.
Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, zərərveriçinin aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Aqrar Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarına Rayon Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər.
15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib
16 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
14 May 2022
Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edib
14 May 2022
Xaçmaz rayonunda “Yaz festivalı” keçiriləcək
12 May 2022
Respublika üzrə kümçülərə ipəkqurdu toxumunun paylanması başa çatıb
12 May 2022