Bu gün Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndində Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, eləcə də Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin (RAEİM) dəstəyi ilə elmi-praktik seminar və tarla günü keçirilib. Seminar Azərbaycanda bölgələrin torpaq-iqlim şəraitinə uyğun pambıq sortlarının seçilməsi, düzgün becərmə texnologiyalarının tətbiqi, eləcədə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinə həsr olunub.
Kənd sakinlərinin diqqətinə çatdırılıb ki, ötən ildən kənddə əhali arasında məşğulluğun yüksəldilməsi üçün təcrübə məqsədi ilə yeddi sortdan ibarət nümayiş əkinləri həyata keçirilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu alimlərinin, Beyləqan RAEİM-in həyata keçirdiyi texniki-məsləhət xidməti nəticəsində yerli və xarici sortlardan ibarət sahələrdə yüksək məhsuldarlıq əldə olunub. Becərmə dövründə nümayiş sahələrində dəfələrlə məsləhət saatları keçirilərək kənd fermerlərinin pambıq əkinləri haqda məlumatlılıq səviyyəsi yüksəldilib. Bildirilib ki, növbəti təsərrüfat mövsümündən etibarən elmi-tədqiqat institutlarının, təcrübə stansiyalarının dəstəyi ilə Cocuq Mərcanlı kəndində kənd təsərrüfatının digər sahələrinin inkişafı təmin ediləcək.
Seminarda çıxış edən Cəbrayıl rayon Fermerlər Şurasının sədri Oqtay Həziyev Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kəndin sosial-iqtisadi inkişafına göstərilən dəstəyə görə təşəkkürünü bildirib və kənd sakinlərinin qayğılarını səsləndirib.
Elmi-praktik seminar kəndin pambıq sahələrində davam etdirilib. Beyləqan RAEİM-in direktoru Mirağa Kazımov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdirləri Ələddin Tağıyev, Mahirə Vəliyeva aran bölgələrində “Gəncə-182”, “Gəncə-103”, “Gəncə-160”, “Gəncə-78” yerli sortların üstünlükləri haqqında fermerlərə məlumat veriblər. Bildirilib ki, yerli sortlar qısa vegetasiyalı olduğu üçün növbəli əkin sisteminin qurulması, vahid sahədən ildə iki dəfə məhsul əldə olunması üçün əlverişlidir.
Sahə nümayişində fermerlərə yaxınlaşan yığım mövsümü haqqında da məsləhətlər verilib, avqustun sonundan başlayaraq noyabrın ortalarına qədər davam edəcək yığım kampaniyasında planlı iş mexanizminin qurulması haqqında məlumatlar verilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) “Yay Təcrübə Proqramı”nda uğur qazanmış gənc mütəxəssislərlə görüş keçirilib
09 Oktyabr 2026
Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub
09 Oktyabr 2026
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Naxçıvanda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2026
Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri həyata keçirilir
08 Oktyabr 2026
Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib
08 Oktyabr 2026