Bu gün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Çövkən Milli Atüstü oyunu üzrə “Prezident Kuboku”nun final görüşü keçirilib.
8-ci dəfə təşkil olunan “Prezident Kuboku” turnirində bu dəfə yalnız DNT təhlili vasitəsilə valideyn mənsubiyyəti müəyyən edilmiş milli cins atlarımız olan “Qarabağ” və “Dilbaz”dan istifadəyə icazə verilib.
Çövkən qədim zamanlardan Azərbaycanda atüstü oyun kimi geniş yayılıb. Bu yarışların keçirilməsinin əsas məqsədi xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim tarixə malik atçılıq ənənələrinin bərpasından ibarətdir. Bu oyun yarış zamanı istifadə edilən, ağacdan hazırlanmış alətin adı ilə (çövkən, çovgan, çoğan) belə adlandırılıb. Bu yarışda hər komandada 5 atlı olmaqla milli cins atlarımız “Qarabaq” və “Dilbaz” iştirak edib.
İndiyədək 6 komandanın iştirakı ilə ümumilikdə 10 oyun keçirilib. Final görüşündə “Buta Golden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıb. “Buta Golden” komandası rəqibini 2-1 hesabı ilə üstələyərək “Prezident Kuboku”nun qalibi olub. Qalib komandanın üzvləri mükafat və kubokla təltif olunublar.
Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edib.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026