Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında pilotsuz uçuş aparatlarının aqrar sahədə tətbiqinə dair “Dronlar vasitəsilə multispektral görüntü və bitki örtüyü indeksinin müəyyən edilməsi” pilot layihəsi həyata keçirilir.
Sözügedən layihə üzrə TİKA və Ankara Universitetinin dəvəti əsasında pilotsuz uçuş aparatlarının aqrar sahədə tətbiqinə dair təlim proqramında iştirak məqsədilə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar İnnovasiya Mərkəzinin və Əkinçilik Elmi-Tədqiqat İnstitunun mütəxəssisləri Türkiyə Respublikasının Ankara şəhərində olublar.
Nümayəndə heyətinə Ankara Universitetinin Ziraat fakültəsinin mütəxəssisləri tərəfindən pilotsuz uçuş aparatları texnologiyaları və istifadəsi sahəsində təlim keçirilib.
Pilotsuz uçuş aparatı və peyk vasitəsilə alınan məlumatlardan istifadə olunaraq sahənin analizləri nəticəsində məhsuldarlıq səviyyəsi, torpaqda nəmliliyin vəziyyəti, əkin sahəsində xəstəlik və ziyanvericilərin görüntüsü əldə etmək, habelə kənd təsərrüfatında aparılacaq tədqiqatlarla bağlı məsələləri kompleks şəkildə həll etmək mümkün olacaqdır.
Qeyd edək ki, müəssisələr arasında bu sahədə təlim və əməkdaşlıq istiqamətində fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində Ankara Universitetinin nümayəndələrinin Azərbaycana səfəri planlaşdırılır.
AXA sədri Zərdabda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
22 Oktyabr 2026
Goranboyda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
22 Oktyabr 2026
Naxçıvanda Dövlət Proqramının icrası ilə bağlı müşavirə keçirilib
22 Oktyabr 2026
Lənkəranda aqrar sahədə gənclər üçün karyera və biznes imkanları müzakirə edilib
22 Oktyabr 2026
ADAU-Ege beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib
21 Oktyabr 2026