1957-ci ilə qədər Afrika taunu yalnız Afrikada müşahidə edilib, sonralar Avropa və Amerika qitələrində qeydə alınıb.
Keçmiş SSRİ məkanında Afrika taunu müşahidə edilməyib. Afrika taunu 2007-2017-ci illərdə Gürcüstan, Ermənistan, Çeçenistan və Şimali Osetiyada, Rusiya Federasiyasının bir çox vilayətlərində, Ukraynada ev və vəhşi donuzlar arasında aşkar edilib.
Afrika taunu Azərbaycanın Qəbələ rayonunun Nic kəndində əhalinin donuzları arasında qeydə alınıb və həmin il aparılmış kompleks baytarlıq-sanitariya tədbirləri nəticəsində xəstəlik ləğv edilib. Hal-hazırda bu xüsusi təhlükəli xəstəliyə görə respublikamız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB-in) sağlam ölkələri siyahısındadır.
Donuzlarda Afrika taunu itigedişli kontagioz xəstəlik olub, temperaturun yüksəlməsi, müxtəlif orqanların hemorroroji iltihabı, distrofik və nekrotik dəyişikliklər və toksikozla səciyyələnir. Xəstəliyə ilin bütün fəsillərində yaş qrupundan və cinsindən asılı olmayaraq ev və vəhşi donuzlar yoluxur. Başqa heyvanlar və insanlar bu xəstəliyə həssas deyillər.
Xəstəliyin inkubasiya dövrü 2-22 gün olmaqla ildırımvari, iti və bəzən də yarımiti gedişi zamanı temperaturun 40,5-42,2 °C-yə qədər yüksəlməsi, 1-2 gündən sonra temperaturun aşağı düşməsi, nəbzin zəifləməsi, tənəffüsün səthiləşməsi, hərəkətin çətinləşməsi nəticəsində 2-3 gün ərzində ölüm baş verir.
Xəstəliyin iti gedişi zamanı temperaturun 40,5-42,5 °C-yə qədər yüksəlməsi və ölümə bir neçə saat qalmış 35 °C-yə qədər aşağı düşməsi müşayiət edilir. Heyvanda xəstəliyin ilk dövrlərində narahatlıq, göz qapaqlarının şişməsi, serozlu konyunktivit, gözün kənarlarında dərinin hiperemiyası müşahidə edilir.
Xəstəliyin yarımiti gedişi zamanı kliniki əlamətlər iti gedişli olduğu kimidir, ancaq zəif dərəcədə nəzərə çarpır. Bəzən bu xəstəlik salmonellyoz və pasterelIyozIa mürəkkəbləşərək həmin xəstəliklərə aid əlamətlər müşahidə edilir.
Xəstə heyvanlarda yüksək temperatur 6-8 gün davam edir və sonra 1,5-2,0 °C aşağı düşməklə bəzən təkrarən yenə də yüksəlir. Xəstəlik 15-25 gün davam edir və əksər hallarda ölümlə nəticələnir.
Xəstəliyin xroniki gedişi zamanı heyvanlarda iştahanın normal olmasına baxmayaraq, ümumi zəiflik, sürətli arıqlama, bronxopnevmoniya, artrit, qulaq dərisinin, quyruq ətrafı nahiyələrində nekroz, keratit müşahidə edilir.
Xəstəliyin xroniki forması 2 aydan 1 ilə qədər davam edir, donuzların bəziləri bronxopnevmoniya və arıqlama nəticəsində tələf olur, digər hissəsində isə xəstəlik latent(gizli) hala keçir və belə heyvanlar virus daşıyıcısına çevirilir.
Afrika taunu xəstəliyinə görə qeyri sağlam olan xarici ölkələrdən donuzların gətirilməsi qadağandır. Beynəlxalq dəniz və hava portlarında, sərhəd zonalarında, dəmir yolu və şose yollarında heyvan daşınması zamanı ciddi baytarlıq nəzarəti olmalıdır. Afrika taunu baş vermiş təsərrüfatda karantin qoyulur, həmin təsərrüfat ətrafında 5-20 km radiusda təhlükəli zona, 100-150 km radiusda isə yoluxma qorxusu ola biləcək zona müəyyən edilir və bu zonalarda müvafiq tədbirlər aparılır.
Xəstə təsərrüfatda olan bütün donuzlar qansız üsulla öldürülür. Öldürülmüş və xəstəlikdən tələf olmuş donuzlar, peyin, yem qalıqları və az qiymətli müxtəlif avadanlıqlar yandırılır.
Donuzlarda Afrika taununa qarşı müalicə aparılmır. Xəstə heyvanlar zərərsizləşdirilir. Həmçinin hazırda heyvana immunitet qazandıran peyvənd mövcud deyil.
Dövlət Baytarlıq Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən donuzlarda Afrika taunu xəstəliyinə görə epizootik vəziyyət sabitdir.
Daşkəsəndə kartof sahələrinə dəymiş zərərə görə fermerlərə sığorta ödənişləri edilib
19 Mart 2025
Qax rayonunda üzümçü fermerlər üçün tarla seminarı keçirilib
19 Mart 2025
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Balakəndə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
18 Mart 2025
Naxçıvan Muxtar Respublikasında aqrar sığorta eksperti olmaq istəyən namizədlərə təlimlər keçirilib
18 Mart 2025
Nazir Məcnun Məmmədov Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
17 Mart 2025