Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ”Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru Cavanşir Təlai açaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Bakı Dövlət Universiteti tərəfindən, akademik Qərib Məmmədovun rəhbərliyi ilə hazırlanan “Coğrafi informasiya sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tərtibi metodikası” haqqında danışıb.





Daha sonra çıxış edən Qərib Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsi tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş edib. Bildirib ki, ilk dəfə müasir coğrafi informasiya sistemləri proqram təminatı əsasında respublika ərazisini əhatə edən, məkan məlumatlarından istifadəyə əsaslanan elektron kənd təsərrüfatı və digər dövlət informasiya sistemlərinin tələb etdiyi bütün miqyas spektrini, həmçinin interaktiv yenilənmə rejimini dəstəkləyən elektron xəritə platforması yaradılıb. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası işlənib.
Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026