Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Bitki fiziologiyası və biotexnologiya şöbəsinin böyük elmi işçisi Ülkər İbrahimova Slovakiya Respublikasında səfərdədir. Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Nitra şəhərindəki Kənd Təsərrüfatı Universitetinin Bitki fiziologiyası departamentində “Dəyişən xarici mühit və stres şəraitində məhsuldarlığın artırılması üçün qabaqcıl fenomik yanaşma üsulları vasitəsilə fotosintezin effektivliyinin tədqiq edilməsi” mövzusunda araşdırmalar aparıb.
Triticum aestivum L. genotiplərinin quraqlıq və duza davamlılığının təyini istiqamətində Əkinçilik Elmi-Tədqiqat İnsitutunun Genbankından götürülmuş 10 Triricum aestivum L. genotipləri torpaq və hidrofonika olmaqla 2 müxtəlif şəraitlərdə yetişirilib. 3-cü yarpaq tam formalaşdıqdan sonra bitkilər stresə məruz qoyulub və yarpaqların nisbi su tutumu (RWC) və osmotik potensialı təyin edilib.
Ülkər İbrahimova sortların stresə həssaslıq dərəcələrini “non destructive” xluorofil fluoressensiya metodları (SPAD, Multiplex, Hand PEA, Photosyn Q) vasitəsilə təyini üzrə təcrübələr aparıb. Həmçinin, fizioloji metodlarla yanaşı, molekulyar analiz metodlarını (DNT, RNT və mikro RNT-nin ayrılması, poliadenilləşmə və DNT-nin sintezi reaksiyaları, agaroza və poliakrilamid gellərində elektrofarez, PCR və qRT-PCR reaksiyaları) öyrənib.
Bitki fiziologiyası və Genetika departamentlərinin əməkdaşları ilə sıx elmi müzakirələr aparılıb, gələcək layihələrdə iştirak planlaşdırılıb.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026