"Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fermerlərə yaratdığı üstünlüklər təkcə aqrar subsidiyaların bu sistem üzərindən verilməsi ilə yekunlaşmır. Subsidiyaların verilməsi bu mexanizmin yalnız bir hissəsidir. Fermerlər EKTİS vasitəsilə gübrə, sertifikatlı toxum sifariş edə, baytarlıq, fitosanitar xidmətlərdən yararlana, aqrar kredit almaq üçün müraciət edə biləcəklər". Bu fikirləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Balakən, Zaqatala, Qax və Şəkidə EKTİS-in tətbiqi ilə bağlı keçirilən görüşlərdə deyib.
Nazir müavini bildirib ki, payızlıq əkinlərin bəyan edilməsi prosesi başa çatdıqdan və 2020-ci ilin büdcəsi açıldıqdan sonra subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının "Fermer kartı"na köçürüləcək: "Subsidiyaların əvvəlki illərdən fərqli olaraq ilin əvvəlində verilməsi fermerlərə təsərrüfat xərclərini qarşılamaq üçün imkan yaradacaq. Fermer subsidiya vəsaitinin 25 faizini nağdlaşdıra biləcək, 75 faizini isə nağdsız əməliyyatlar vasitəsilə EKTİS üzərində gübrə, toxum, herbisid, pestisid almaq və sair aqrar xidmətlər üçün istifadə edə biləcək. EKTİS-in əsas hədəflərindən biri aqrar sahəyə ayrılan subsidiyaların məhz kənd təsərrüfatı fəaliyyəti üçün istifadə olunmasıdır. Fermer bu vəsaiti məhz aqrar sahəyə yönəltməlidir, 75 faiz vəsaitin nağdsız əməliyyatlara yönləndirilməsinin məqsədi budur".
İlham Quliyev qeyd edib ki, noyabrın 29-dan başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 44 rayonda fermerlərlə seminar müşavirələr, görüşlər keçiriblər: "Fermerlərimiz aqrar sahədə yeni çağırışları müsbət qarşılayır, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin fəaliyyət mexanizmini sürətlə mənimsəyirlər. Bunun nəticəsidir ki, bu günədək 228 min fermer artıq EKTİS-də payızlıq əkinləri bəyan edib. Bu rəqəm hər gün artır, fermerlər informasiya məsləhət xidməti almaq üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər. Bundan başqa bütün rayonlarda xüsusi təlim keçmiş mobil qruplar kəndlərə gedərək, fermerlərə qeydiyyatdan keçmək və payızlıq əkinləri bəyan etməkdə köməklik göstərirlər. Fermerlər bu prosesdə üzləşə biləcəyi hər hansı texniki problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Operatorlarımız EKTİS-in tətbiqi ilə bağlı fermerlərin suallarını dolğun şəkildə cavablandlracaqlar".
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin bölgələrdə görüşləri davam edir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024