\"Hazırda Kənd Təsərrüfatı Nazirliyi Göygöl Regional aqrokimya laboratoriyasında makro elementlərin, azotun təyin edilməsi üzrə analizlər aparılır\". Bu fikirləri Göygöl Regional aqrokimya laboratoriyası haqqında laboratoriyanın baş aqrokimyaçısı Etibar Məmmədov deyib.
Ümumilikdə Respublika üzrə 11 bölgədə torpaq və bitkilərin analizi üçün aqrokimya laboratoriyaları quraşdırılıb. Laboratoriyalarda bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mükündür.
Göygöl aqrokimya laboratoriyasında torpaq, su və bitki analizləri aparılır və alınmış nəticələr əsasında fermer və torpaq sahiblərinə tövsiyələr verilir. Torpaq analizi vasitəsilə ərazinizin gübrə ehtiyacı öyrənilir, əkiləcək bitkinin tələbatları ilə torpaq analizi nəticələri qarşılaşdırılır. Su analizləri nəticəsinə əsasən suvarma suyunun su kateqoriyası məlum olur, yararlı olub-olmaması ortaya çıxır. Bitki analizləri vasitəsilə isə qidalı maddələrin və tətbiq olunmuş gübrə miqdarının ölçüsü səbəbilə yaranan problemləri, bitkinin tərkibindəki elementlərin çoxluğu və ya azlığı təyin oluna bilir.
Fermerlərin müraciəti əsasında mütəxəssislər onun sahəsinə gedir və torpaq nümunələri götürür. Nümunə laboratoriyaya gətirildikdən sonra əgər nəmli olarsa, xüsusi quruducu şkafda 6 saat ərzində qurudulur. Sonra həvəng dəstə ilə döyülərək ələkdən keçirilir. Ələkdən keçirilmiş torpaq nümunəsi üzərində analizlər aparılır. Aparılmış analizlər nəticəsində torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur və fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir.
Göygöl aqrokimya laboratoriyası adından Etibar Məmmədov fermerlərə müraciət edərək bildirib ki, əgər yüksək, bol və keyfiyyətli məhsul əldə etmək istəyirsinizsə, mütləq sahələrinizdə torpaq analizi aparın.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026