Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Sahəmdə arpa, buğda, tritikale bitkisi əkirəm. Cari ildə 347 hektar sahədə qarğıdalı əkmişəm. Biz heyvandarlıqla məşğul olmağı planlaşdırırıq. Ona görə də yem üçün bu sahəyə üstünlük veririk”. Bu fikirlərin müəllifi Ağsu rayonunun Çiyni kəndində yerləşən fermer təsərrüfatının sahibi Asim Əbilovdur.
Fermer qarğıdalı sahəsindən bol məhsul götürəcəyinə əmindir: “500 hektar Pivot suvarma sistemləri qurmuşuq. Bu sistem tam şəkildə qarğıdalı sahələrini əhatə edir. Suvarma prosesi demək olar ki, tamamilə kompüter vasitəsilə idarə olunur. Biz sistemə saat bölgüsünü daxil edirik, o da öz növbəsində avtomatik olaraq həftədə 2 dəfə bütövlükdə sahəni suvarır. Əkindən əvvəl bütün sahələri lazer təsvirindən keçiririk. Lazer skanerlərindən biri traktorun arxasına bərkidilir, digəri isə sahənin tən ortasına sancılır”.
Asim Əbilov deyir ki, məhsul əkilməzdən əvvəl torpağın hamarlanması çox əhəmiyyətlidir: “Çünki, məhsula su verərkən çuxurlarda gölməçələr yaranmamalıdır. Əgər belə gölməçələr yaranarsa, məhsulun xarab olma ehtimalı artır. O səbəbdən biz sahəmizi lazer üsulu ilə tam hamarlayırıq. Torpaq bütövlükdə hamar olur. Bundan sonra şum aparılır, sahə disklənir, malalanır və daha sonra əkin aparılır. Lazer təsvirinin əhəmiyyəti ondan ibarətdir ki, toxumlar torpağa eyni dərinlikdə basdırılır və cərgənin üfüqi istiqamətdə düzgünlüyü əldə edilir. Bundan əlavə bitkini dərmanlayan və gübrə verilən zaman hər bir bitki həmin vasitələrdən eyni dərəcədə yararlanır”.
Fermer qarğıdalını toxum almaq məqsədilə əkib-becərir: “Qarğıdalını yalnız toxumçuluq üçün istifadə etməyi planlaşdırırıq. Gələcəkdə yem zavodu yaratmaq niyyətimiz var. Məni kənd təsərrüfatı sahəsində ən çox həvəsləndirən böyütdüyüm məhsulun barını görüb sevinməkdir. Hər toxumun torpağa basdırıldığı ilk gündən məhsula düşənə qədər həyatının zəncirvari dövriyyəsini müşahidə edirik. Öz əlimizin zəhməti ilə ərsəyə gəlmiş hər bir məhsul bizim üçün dəyərlidir”.
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Mehman Veysəlov Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
07 Avqust 2026
Kənd Təsərrüfatı Nazirliyində qanvermə aksiyası keçirilib
07 Avqust 2026
İşğaldan azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı keçirilib
07 Avqust 2026
Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov Qaxda vətəndaşlarla görüşüb
07 Avqust 2026
Heyvandarlıq təsərrüfatına dəymiş zərərə görə 9 000 manat sığorta ödənişi edilib
04 Avqust 2026