Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
“Bizim təsərrüfatımız əsasən pomidor istehsalı üzrə ixtisaslaşıb. Texnika və gübrəyə olan tələbatımızı “Aqrolizinq”in yerli nümayəndəliyinin dəstəyi hesabına ödəyirik. Bu il yüksək məhsul əldə etmişik və pomidorunuzu artıq bazara çıxarırıq. Qiymətlər də bizi qane edir”. Bu fikirlərin müəllifi Xaçmaz rayonunun Hülövlü kəndində yerləşən fermer təsərrüfatının rəhbəri Cavanşir Paşayevdir.
Fermer kənd təsərrüfatı məhsullarının istehsalçılarına göstərilən dövlət dəstəyindən məmnundur: “Dövlət bizi texnika, gübrə və toxumlarla təmin edir, fermerlərə bütün güzəştlər tətbiq olunur. Hazırda texnika boldur, gübrələr də çox aşağı qiymətlərlə fermerlərə təqdim olunur. İndiyə kimi pomidor becərilməsindən zərərə düşən fermer görməmişəm. Özüm 5 hektar sahədə pomidor əkmişəm. Hazırda məhsulu bazara çıxarıram. Təxmini hesablama aparaq. Əgər bir yeşik pomidoru 5 manata satıramsa, 100 yeşikdən 500 manat vəsait əldə edirəm. Bir gündə kim 500 manat qazana bilər? Deməli bizim üçün pomidor istehsalı sərfəli sahədir”.
Cavanşir Paşayev pomidorun xeyirli tərəvəz olduğunu deyir: “Pomidorun ziyanı barədə danışmağa belə dəyməz. O, süfrələrimizin yaraşığıdır, xeyirli tərəvəzdir. Heç bir xörəyi pomidorsuz yemək mümkün deyil. Məsələn, Xaçmaz pomidorundan çox dadlı salat olur, adamın iştahasını artırır. Quba rayonu öz ağ alması, Xaçmaz isə pomidoru ilə məşhurdur. Harada gedib pomidorun dadına baxsanız, Xaçmazin pomidorunun tamını verməyəcək. Bu neməti bizim torpaqlarımız yetişdirir. Qızıl kimi torpaqlarımız var”.
Qeyd edək ki, Xaçmaz rayonu tərəvəzçilik üzrə ixtisaslaşmış bölgələrdəndir. Hazırda bölgədəki təsərrüfatlarda pomidor yığımı davam edir. Toplanan məhsul paytaxt bazarlarına, emal müəssisələrinə göndərilir və Rusiya ixrac olunur.
Astarada beynəlxalq ekspertin iştirakı ilə müasir suvarma sistemləri üzrə sahə görüşü keçirilib
31 Iyul 2026
Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin avqust ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib
31 Iyul 2026
Avqustun 1-dən ərzaq məhsullarını satmaq niyyətində olan fermer, istehsalçı və satıcıların “tedaruk.az” portalında təkliflərini yerləşdirməsi prosesinə başlanılacaq
30 Iyul 2026
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran Dövlət Universitetində olub
30 Iyul 2026
Azərbaycan nümayəndə heyəti Moldovada keçirilən beynəlxalq seminarda iştirak edib
29 Iyul 2026