Qubanın Timirzayev qəsəbəsində yerləşən “Fermer Evi”ində iki günlük elmi xarakterli təlimlər keçirilib. Kənar müşahidələrim aşağıdakı qənaətləri yaratdı məndə: növbəti təsərrüfat mövsümü qayğıları ilə yaşayan torpaq adamları bu məkanda gülərüzlə qarşılanır, əksəriyyəti gənclərdən təşkil edilmiş kadr heyəti istənilən xarakterli sualları tərəddüdsüz cavablandırır, burada fermerə axtardığı məlumatları çatdırmaq üçün istənilən şərait var.
Aqrar Elm və İnnovasiya Mərkəzinin Qubadakı regional mərkəzinin yerləşdiyi bu məkan müasir imkanları-interaktiv məlumat lövhələri, təlim və konfrans zalları, ucqar kənd yerlərindən təşrif buyuran torpaq adamlarının istənilən xarakterli suallarını cavablandırmağa hazır olan mütəxəssisləri ilə gündəlik fəaliyyətini qurub. “Fermer Evi” aqrar istehsalın ən mühüm istiqamətləri olan qabaqcıl texnologiyalar, logistika, marketinq, güzəştli dövlət vəsaitlərinə çıxış və digər çoxsaylı istiqamətlərdə məsləhət xidmətləri göstərir. Çox xoşuma gəldi ki, hələ sovet dövründən bağçılıq elminin formalaşdığı Timirzayev qəsəbəsində yerləşən iki elm mərkəzi - Regional Aqrar Elm və İnnovasiya Mərkəzi (“Fermer Evi”) və sadə dillə desək, Meyvəçilik Elmi-Tədqiqat İnstitutu müasir çağırışlar əsasında yenidən qurularaq dövrün tələbinə uyğun məsləhət xidmətləri göstərir. Meyvəçilik Elmi-Tədqiqat İnstututunda olarkən gördüm ki, regionun ucqar bölgələrində bağçılıqla məşğul olan kənd adamları dəstə-dəstə tinglərin yetişdirildiyi müasir istixanalara gəlir, yeni tinglərlə bağlı çoxsaylı məsələlərlə maraqlanırlar.
Bu gün bütün dünya ölkələri kimi Azərbaycanın aqrar sektoru da effektli aqrar elmi informasiya sistemi qurmağa çalışır. Bu da əbəs deyil, çünki, torpağa bağlı insanların içində yatan pasionar enerjini hərəkətə gətirəməklə daha uzun məsafə qət etmək olar, bu da səmərəli məlumatlandırma sisteminə bağlıdır. Fermerin ənənəvi təsərrüfat vərdişləri ilə müasir biliklər birləşdirilməli, təşəbbüskarlıq artmalıdır. Çin atalar misalı bu iqtisadi modeli daha aydın ifadə edir: “İnsanlara balıq verməkdənsə, balıq tutmağı öyrətmək lazımdır”.
“İki günlük təlimdə nə öyrəndiniz?” sualıma Quba, Qusar, Xaçmazdan gəlmiş torpaq adamları nikbinliklə cabab verdilər. İki gün ərzində danışılan mövzular onlar üçün tam yeni idi və buna görə maraqlarına səbəb olmuşdu. Təlimçilər gənclər idi - Meyvəçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Asif Kərimov, Zəminə Sərhədova, Abbas Hacıyev və s. Çıxışlarda mövsüm olduğu üçün quru budamanın təsərrüfat əhəmiyyəti geniş izah olundu. Məlum oldu ki, ilkin yaz dövrünə qədər meyvə bağlarında budama, formavermə və calaqvurma əməliyyatlarının aparılması məhsuldarlıq göstəricilərini müəyyən edən əsas faktorlardandır. Bu proses düzgün aparılarsa, bitkilərdə boy inkişafı sürətlənir, bitkinin işıq və havalanma rejiminin nizamlanması təmin olunar. Təlimçilər açıq sahə nümayişi zamanı budama əməliyyatları vaxtı bitkinin bioloji və sort xüsusiyyətlərini, ağacların yaşının nəzərə alınmasını əyani nümayiş etdirdilər, sanitar, cavanlaşdırıcı və dərin budamalar, calaqvurma qaydalarını göstərdilər.
Təlim başa çatanda iştirakçılar arasında ən yaşlısı Ağarəhim kişi dedi ki, “ bala, imkan daxilində belə işləri tez-tez görün, çox ehtiyacımız var”. “Əgər maraq varsa hökmən olacaq” deyə “Fermer Evi”ndən qətiyyətli cavab verildi. “Bir müddətdən sonra yaz-tarla işlərinə başlanacaq, bax, onda siz bura yox, biz sizin bağlarınıza gələcəyik” vədi ilə təlim başa çatır.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024