Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Azərbaycanda üzümçülük qədim köklərə dayanır. Üzümün vətənlərindən biri olan Azərbaycanda ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınıb. Sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində fermerlərimiz bu qədim ənənəmizi qoruyub saxlayiblar. Şamaxı rayonunun İkinci Çaylı kəndində yerləşən fermer təsərrüfatının rəhbəri, torpaqşünas, aqrokimyaçı Habil Əzimov dörd il əvvəl saldığı üzxüm plantasiyasından bol məhsul götürdüyünü deyir:
“2014-cü ildə Şamaxı rayonunun İkinci Çaylı kəndinin ərazisində 25 hektar sahədə üzüm bağı salmağı planlaşdırdıq. Bütün aqrotexniki qaydalara əməl etmək üçün torpaq daşlardan və lazımsız tullantılardan təmizləndi və şum çıxarıldı. Üzüm bağları salarkən, hər bir sortun xüsusiyyətini, ərazinin coğrafi iqlim şəraitini nəzərə almaq çox vacibdir. İlkin mərhələdə xaricdən gətirilmiş sortlar əkdik. Ümumiyyətlə, üzüm tinglərini seçəndə və əkin zamanı öz kökü üstündə yetişən üzüm sortlarına daha çox üstünlük vermək lazımdır. Çünki öz kökü üstündə yetişən üzüm sortları daha uzunömürlü olur. Calaqaltı ilə yetişdirilmiş üzüm sortları isə xəstəliyə qarşı daha davamlıdır”.
Habil Əzimov deyir ki, bağ salmaq üçün ərazi seçərkən, torpağın aqrokimyəvi analizini aparmaq vacibdir:
“Torpağın kimyəvi, mikrokimyəvi analizini aparmaq, hətta suyun belə analizini aparmaq çox vacib prosedurdur. Bu analizlər bitkinin gələcək məhsuldarlığı üçün zəmin yaradır. Bu tədbir üzümçülükdə ilk görülməli işdir. Hər bir regionda ixtisaslaşmış bitkilərin əkilməsi ən vacib göstəricidir. Biz bu gün üzümçülüklə məşğul oluruq. Ancaq elə torpaq ərazisi ola bilər ki, orada qeyri-ənənəvi məhsulların əkilməsi daha məqsədəuyğun sayılar”.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
21 Avqust 2026
Samux rayonunda qarayara xəstəliyi ilə bağlı zəruri baytarlıq-sanitariya tədbirləri həyata keçirilib
21 Avqust 2026
145 manatlıq sığorta 6 156 manatlıq zərəri qarşıladı – SIĞORTA ÖDƏNİŞİ
20 Avqust 2026
Yeni Qanun toxumçuluq sektorunun dayanıqlı inkişafına təkan verəcək
19 Avqust 2026
Gülbəniz Qənbərova FAO-nun “Aqrar-ərzaq sistemləri və kənd yerlərinin inkişafında 100 Qadın Qəhrəmanı” siyahısına seçilib
19 Avqust 2026