Xaçmaz rayonu “Azərbaycan- Türkiyə Toxum Araşdırma Ortaq Müəssisəsin”də “ Toxumluq əkinlərdə səpinqabağı becərmə işləri və səpinin mütəşəkkil qaydada təşkilinə” həsr olunmuş regional müşavirə keçirilib. Tədbirdə nazirliyin məsul işciləri, Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər. Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi, keyfiyyətli toxum istehsalında torpağın düzgün becərməsinin, səpin normasının və müddətinin əhəmiyyəti, elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması, həmcinin tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olmaq və fermerlərlə fikir mübadiləsi aparmaqdan ibarətdir.
Regional müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov çıxış edərək dövlətin taxilçılığın və toxumçuluğun inkişafına göstərilən dövlət qayğısından, tətbiq olunan güzəştlərdən danışaraq toxumçuluğun kənd təsərrüfatının strateji bir sahəsi olduğunu və qarşıda duran əsas hədəfin fermerlərin keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına ödənilməsi olduğunu bildirib. Qeyd edib ki, taxıl səpinin başlanması ilə əlaqədar olaraq kondisiyalı toxum materialından istifadə etməklə səpinqabağı torpağın aqrotexniki qaydalara uygun becərilməsi,səpin normasının nizamlanması, səpinin vaxtında və keyfiyyətlə aparılması torpaq –iqlim şəraitinə uyğun sortların düzğün secilmısi gələcək bol məhsulun əsasıdır. Bunula əlaqədər olaraq daim fermerlərin yanında olmaq və onların qarşılaşdıqları problemlərin yerində həll olunmasını rəhbərlik tərəfindən qarşıya bir vəzifə olaraq qoyulduğunu nəzərə catdırıb.
Eyni zamanda Respublikada 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin istifadəyə verildiyini və toxumun keyfiyyəti ilə bağlı analizlərin bu mərkəzlərin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarında aparıldığını bildirərək, fermerləri bu laboratoriyaların potensial imkanlarından istifadə etmələrini məqsədəuyğun hesab edib.
Müşavirədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov “Toxumçuluğun elmi əsaslarla inkişafı”, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin şöbə müdiri Qərib Novruzlu “Keyfiyyətli toxum istehsalında torpağın düzgün becərilməsinin, səpin normasının və müddətinin əhəmiyyəti”, Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Ortaq Müəssisəsinin direktoru İmamhüseyn Şirinov isə “Elit toxum istehsalında aqrotexniki qaydaların düzgün və vaxtında aparılması” mövzularında çıxışlar edib, bu sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.
Müşavirədə iştirak edən fermerlər bu sahədə qarşılaşdıqları problemlər barədə söhbət açmış, problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb və onların həll olunması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda tarlada səpinqabağı becərmə işləri və səpin prosesi ilə əyani tanış olundu və bu tip innovativ texnologiyaların tətbiq olunmasının əhəmiyyəti fermerlərin nəzərinə çatdırılıb.
Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq toxum sərgi–satış yarmarkası keçirilib
09 Oktyabr 2024
“Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib
09 Oktyabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edəcək
09 Oktyabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İmişlidə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
08 Oktyabr 2024
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir
08 Oktyabr 2024