May ayında yaylaqlara aparılan heyvanlar havaların soyuması ilə əlaqədar dağlıq ərazilərdən qış yataqlarına qaytarılır. Sürülər yol gələnə kimi heyvanların qışı keçirəcəyi tövlələr, yataqlar sahibkarlar tərəfindən mexaniki təmizlənir, baytar həkimlərinin tövsiyə və iştirakı ilə həmin yerlərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılır. Eləcə də qış yataqlarına qayıdan heyvanlar dehelmintizasiya (qurdlara qarşı aparılan tədbir) edilərək kliniki baytarlıq baxışından keçirilir.
Belə tədbirlərdən biri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Göyçay Rayon Baytarlıq İdarəsinin baytar mütəxəssisləri tərəfindən Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində Oğuz rayonunun “Bədəl” yaylağından qayıtmış 1500 başa qədər xırdabuynuzlu heyvan saxlayan Orxan Hacıyevə, 300 başa qədər xırdabuynuzlu heyvan saxlayan Elxan Həmidova, eləcə də “Babadağ” yaylağından qayıtmış 250 başa qədər heyvan saxlayan Yafəz İbrahimova məxsus təsərrüfatlarda həyata keçirilib. Qışlaq yataqlarına yenicə qayıtmış heyvanlarda dehelmitizasiya tədbiri aparılıb, heyvanlara baytar klinik baxış keçirilıb və heyvan saxlanan ağıllarda, yataqlarda dezinfeksiya işləri həyata keçirilib.
Sahibkarlar Qarabaqqal kəndi ərazisində yerləşən mal-qara satışı bazarında mexaniki təmizlik işləri apardıqdan sonra baytar mütəxəssisləri ərazidə profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya işləri görüblər. Profilaktik dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri 3500 kvadratmetr ərazini əhatə edib. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları vasitəsi ilə güclü axın şəkilində səpilib. Tədbirlər çərçivəsində heyvanların saxlanması, bəslənməsi və xəstəliklər barədə sahibkarlara məlumat verilib, sanitar maariflənmə işi yerinə yetirilib.
Bundan başqa, Aqrar Xidmətlər Agentliyinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytar mütəxəssisləri tərəfindən Kürdəmir rayonunun Yeni Şıxımlı qəsəbə sakini Babək Məmmədova məxsus təsərrüfatda saxlanılan 250 baş xırdabuynuzlu heyvan ektoparazitlərə görə 0.005 %-li kreolin məhlulu ilə işlənib, 400 m2 tövlə və tövləətrafı ərazilər sahibkar tərəfindən mexaniki təmizləndikdən sonra 1 %-li almerdehyde məhlulu ilə dezinfeksiya olunub. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları və avtomatik çiləyicilərlə güclü axın şəkilində səpilib. Aparılan tədbirlər çərçivəsində heyvanların saxlanması, bəslənməsi və xəstəliklər barədə sahibkarlara məlumat verilib, sanitar maarif işi yerinə yetirilib. Eləcə də qışlaq yataqlarına yenicə qayıtmış heyvanlarda dehelmitizasiya tədbiri aparılıb, heyvanlar klinik baxışdan keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi bildirir ki, bu tədbirlər yaylaqdan dönən heyvanların müxtəlif iti yoluxucu və invazion xəstəliklərdən qorunması məqsədi ilə aparılır və sürünün sağlamlığına xidmət edir. Məhz bu səbəbdən heyvan sahibləri qışlaq ərazilərdə və heyvanların qışı keçirəcəkləri tövlələrdə mexaniki təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmasına xüsusi diqqət göstərməlidirlər.
Dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub. Hazırda ölkə ərazisində epizootik durum sabitdir və lazımi təşkilati-təsərrüfat tədbirləri davam etdirilir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024