Ölkədə epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə 2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) yerlərdə \"Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı\"na uyğun iti yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlər aparır.
Hazırda 25 kənd və 5 qəsəbəni əhatə edən Hacıqabul rayonunda epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün bütün ölkədə olduğu kimi, Hacıqabul rayonunda da heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı yanvar ayının ilk günlərindən 2019-cu ilin profilaktik tədbirlərinə başlanılıb. 39242 baş iribuynuzlu, 137706 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı, 1530 baş it və 219840 baş quş mövcud olan rayonda müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır.
Dövlət Baytarlıq Xidmətinin Hacıqabul Rayon Baytarlıq İdarəsi “soyuq zəncir” rejimi gözlənilməklə 8 sahə baytarlıq məntəqəsində peyvəndləmə tədbiri aparır. Dövlət vəsaiti hesabına alınmış peyvənd vasitələri mal-qaraya ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir. İlin əvvəlindən indiyə kimi rayonun ayrı-ayrı şəxsi və fermer təsərrüfatlarında 30365 baş iribuynuzlu, 508 baş təkdırnaqlı heyvanda qarayara, 490 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbiri aparılıb. Bununla yanaşı 1520 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi görə qan nümunələri götürülüb. Eləcə də 1700 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
Hacıqabul rayonunda bundan sonra epizootik tədbirlər planına uyğun olaraq ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaqdır. Həmçinin atlarda manqo xəstəliyinə görə (maleinizasiya) xəstəliyinə qarşı peyvəndləmə aparılması nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildə rayonda 38578 baş iribuynuzlu, 133201 baş xırdabuynuzlu, 552 baş təkdırnaqlı heyvanda qarayara, 61980 baş iribuynuzlu heyvanda dabaq, 38511 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 5155 baş iribuynuzlu və 11621 baş xırdabuynuzlu heyvanda leptospiroz, 108379 baş xırdabuynuzlu heyvanda çiçək, 38967 baş xırdabuynuzlu heyvanda (“Rev-1”vaksini), 7060 baş iribuynuzlu heyvanda (“Ştamm-19” vaksini) bruselyoz, 3490 baş itdə quduzluq, 350834 baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həmçinin başa vurduğumuz il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədi ilə 7549 baş iribuynuzlu heyvandan qan nümunələri alınaraq müayinə edilib.
Təsdiq edilmiş iş planına uyğun olaraq rayon ərazisində fərdi və fermer təsərrüfatlarında 35.306 min kvadratmetr ərazidə profilaktiki, 1.174 min kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri aparılıb.
Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024