Dövlət Toxum Fondu yerli və xarici mütəxəssislərin iştirakı ilə fermerlər və tələbələr üçün təlimlərə start verib. Belə ki, peşəkar kənd təsərrüfatı ekspertlərinin həmçinin xaricdən dəvət edilmiş mütəxəssislərin iştirakı ilə Hacıqabulda təlim-seminarlar öz işinə başlayıb. Seminarda bölgə fermerləri, toxumçular, təsərrüfat rəhbərləri, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri iştirak edirlər.
Seminarda payızlıq buğdanın inkişaf fazalarından asılı olaraq mineral gübrələrin verilməsi normaları və vaxtları, payızlıq buğdanın xəstəlikləri, zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri, əkinlərdə müşahidə edilən alaq otları və onlara qarşı mübarizə tədbirləri, yerli şəraitə uyğun sortların seçilməsi, toxumunun artırılması və bazara çıxarılan toxumların üstünlükləri, quru iqlim şəraitində payızlıq buğdanın məhsuldarlığının artırılmasında intensiv tipli texnologiyaların tətbiqi və s mövzularda təqdimartlar keçirilib.
Mütəxəssislər təlim iştirakçılarına bölgənin torpaq-iqlim şəraitinə uyğun, yüksək məhsuldar və keyfiyyətli buğda və arpa sortlarının bioloji xüsusiyyətləri, səpin müddəti, səpin normaları, gübrə normaları və s.haqqında ətraflı məlumatlar veriblər, onları maraqlandıran sualları cavablandırıblar və geniş müzakirələr aparıblar.
Seminar iştirakçıları əkin sahələri ilə tanış olublar, sahədə aparılan prosesləri əyani izləyiblər. Hazırda təlim-seminarlar davam edir.
Cəlilabad və Biləsuvarda təsərrüfatlara dəymiş zərərlər üzrə sığorta ödənişləri həyata keçirilib
10 Iyul 2026
İlin ilk yarısında dövlət sifarişi ilə ərzaq məhsullarının satınalma göstəriciləri açıqlanıb
10 Iyul 2026
AXA sədri Sərdar Hacıyev Astara rayonunda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
09 Iyul 2026
Operativ məlumat: Taxıl sahələrindən 2 milyon tondan çox məhsul yığılıb
09 Iyul 2026
Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılır
09 Iyul 2026