Xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə ciddi riayət edilməklə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ölkə ərazisində heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərini planlı şəkildə davam etdirir.
Kənd təsərrüfatı heyvanlarının xüsusi təhlükəli xəstəliklərdən qorunması məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun olaraq 2020-ci ildə GMP və biotəhlükəsizlik standarlarına cavab verən yüksək keyfiyyətli peyvənd vasitələrinin (vaksin) alınması təmin edilib. Belə ki, əvvəllər qarayara xəstəliyinə qarşı Şt-55 vaksininin quru forması işlədilirdi ki, bu zaman da onun istifadə olunmasında biotəhlükəsizlik tələblərinə riayət olunması çətinlik yaradırdı. Bunu nəzərə alaraq cari ildə Şt-55 vaksininin 30%-li qliserin məhlulunda hazırlanmış maye formasına üstünlük verilib. Həmçinin, dabaq əleyhinə iri və xırdabuynuzlu heyvanlarda tətbiq olunan vaksinlərin də yüksək keyfiyyətli yağ tərkibli Türkiyə istehsalı olan seriyalarından alınması təmin edilib. İribuynuzlu heyvandarlıq təsərrüfatlarına iqtisadi cəhətdən külli miqdarda zərər vuran yoluxucu nodulyar dermatit xəstəliyinin qarşısının alınması məqsədilə xəstəliyinin törədicisinin netlinq ştammından hazırlanmış vaksinin alınması ilə bağlı zəruri tədbirlər görülür.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq yanvar ayının əvvəlindən iribuynuzlu, xırdabuynuzlu, təkdırnaqlı heyvanlar, dəvələr, donuzlar, sahibli it və pişiklər, vəhşi heyvanlar, həmçinin quşlar arasında xüsusi təhlükəli xəstəliklərdən olan qarayara, dabaq, quduzluq, bruselyoz, leptospiroz, çiçək, infeksion nodulyar dermatit, donuzların taunu, təkdırnaqlıların rinopnevmoniyası, qripi və quşların nyukasl xəstəlikləri əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılır. Həmçinin diaqnostiki, koproloji, profilaktiki-sanitariya tədbirləri həyata keçirilərək müalicə işləri yerinə yetirilir.
2020-ci ilin profilaktiki tədbirlərinə əsasən Aqrar Xidmətlər Agentliyi 7 ay ərzində ölkənin epizootik sabitliyini qorumaq məqsədilə 2188574 (o cümlədən 29741 baş cavanlarda) baş iribuynuzlu, 5 731138 baş xırdabuynuzlu, 62 874 baş təkdırnaqlı heyvanlarda, 291 baş dəvədə və 4971 baş donuzda qarayara, 2283117 baş (o cümlədən 62862 baş cavanlarda) iribuynuzlu, 4140550 baş xırdabuynuzlu heyvanlarda dabaq, 4666 donuzda taun, 327 baş iribuynuzlu, 30 baş atda, 172 baş xırdabuynuzlu, 222862 baş itdə, 86348 baş vəhşi heyvanda (oral yolla) quduzluq, 2221911 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 4677088 baş xırdabuynuzlu heyvanda çiçək, həmçinin 17775158 baş ev quşunda “H” vaksini ilə, 23240773 baş ev quşunda isə “La-sota” vaksini ilə nyukasl, 288729 baş iribuynuzlu, 7591 baş xırdabuynuzlu heyvanlarda leptospiroz, 1063 baş atda rinopnevmoniya, 1073 baş atda qrip, 2678316 baş xırdabuynuzlu (“Rev-1” vaksini ilə (göz damcı üsulu), və 611553 baş 3-8 aylıq dişi iribuynuzlu heyvanlarda (Şt-19 vaksini ilə (göz damcı üsulu) bruselyoz xəstəliklərinə qarşı profilaktik peyvəndləmələr həyata keçirilib.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 14917 baş iribuynuzlu heyvandan, 339 baş təkdırnaqlı, 24038 baş ana qoyun, 703 baş keçi, 47066 qoçdan bruselyoza görə qan nümunəsi alınaraq müvafiq laboratoriyalara təqdim edilib. Bununla yanaşı, 49728 baş törədici qoç epididimitə, 1205 baş iribuynuzlu heyvan vərəmə görə diaqnostik müayinələrə cəlb olunub. Həmçinin 307 baş toyuq və digər quşlardan götürülən nümunələr “quş qripi”nə görə müayinə edilməsi məqsədilə laboratoriyaya göndərilib.
Respublika ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 7 ayı ərzində 1104 quşda askaridioza, 7362 baş iribuynuzlu və 9082 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 7527 baş iribuynuzlu və 10664 baş xırdabuynuzlu heyvanda fassilyoza, 2528 baş xırdabuynuzlu heyvanda tizaniezioza və 9641 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.
Respublika ərazisində peyvəndləmə və diaqnostik müayinə tədbirləri ilə yanaşı, baytarlıq idarələri tərəfindən təsərrüfatlarda dezinfeksiya, dezinseksiya, deratizasiya və çimizdirmə işləri həyata keçirilib. Cari ilin 7 ayı ərzində rayon (şəhər) baytarlıq idarələri tərəfindən 4865085 kvadratmetr ərazidə profilaktiki dezinfeksiya, 290736 kvadratmetr ərazidə məcburi dezinfeksiya, 359293 kvadratmetr ərazidə dezinseksiya, 11090 kvadratmetr ərazidə deratizasiya işləri görülüb. Eləcə də qan-parazitar xəstəliklərinin qarşısını almaq məqsədi ilə 247523 baş iribuynuzlu, 250700 xırdabuynuzlu və 352 baş atda profilaktik çimizdirmə işləri həyata keçirilib.
Bütün bu qeyd edilənlərlə yanaşı, təsərrüfat sahibləri hesabına aparılan tədbirlər də diqqətdə saxlanılıb. Belə ki, 7 ay ərzində baytar həkimləri tərəfindən 7504 baş heyvanda həzm, 5376 baş heyvanda tənəffüs, 2726 baş heyvanda cinsiyyət, 1210 baş heyvanda maddələr mübadiləsinin pozulması, 2142 baş heyvanda mastitlər, 1582 baş heyvanda zədələr, 2359 baş heyvanda zəhərlənmə və 4800 baş heyvanda digər yoluxucu olmayan xəstəliklərə görə müalicə işləri aparılıb. Həmçinin 565 baş xırdabuynuzlu heyvan bradzoda, 1354 baş iribuynuzlu heyvan emkara, 1761 baş iri və 325 baş xırdabuynuzlu heyvan pasterellyoza qarşı profilaktiki peyvəndləmə işi yerinə yetirilib.
Heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Rayon (şəhər) baytarlıq idarələri AXA tərəfindən bioloji preparatlarla təmin olunmaqla peyvəndlərin göndərilməsi, paylanması, saxlanılması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilir. Baytarlıq preparatlarının effektivliyi onların düzgün saxlanması və istifadəsindən asılı olduğu üçün daim vaksinlər +2÷+8 °C temperaturda, günəş şüalarından kənar şəraitdə saxlanmaqla heyvanlara tətbiq edilir.
Qeyd edək ki, tədbir aparan mütəxəssislər xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə tədbirləri yerinə yetirirlər. Tədbirlər qrup şəklində deyil, iki nəfərin iştirakı ilə həyata keçirilir. Baytar mütəxəssisləri fərdi şəkildə fermer və vətəndaşların təsərrüfatlarında olaraq mövcud heyvanlarda xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan peyvəndləmələrdən sonra hər bir təsərrüfatda dezinfeksiya işləri aparılır. Görülən işlərlə yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahibləri ilə mütəmadi olaraq müxtəlif heyvan xəstəlikləri haqqında, eləcə də koronavirus pandemiyası ilə bağlı maarifləndirmə işləri aparırlar.
Heyvandarlıqla məşğul olan sahibkarların koronovirus (Covid-19) pandemiyası ilə əlaqədar tətbiq edilmiş karantin məhdudiyyəti dövründə Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonundan respublikanın müxtəlif regionlarında olan təsərrüfatlarına səyahət etmələri üçün 1188 sahibkarların hər birinə ayrı-ayrı vaxtlarda (NK-nın qərarlarına uyğun olaraq) elektron və kağız formatda arayışlar verilib.
Sahə baytarlıq məntəqələrin fəaliyyətinin optimallaşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2020-ci il tarixli 998 nömrəli Fərmanının müvafiq bəndlərinin icrası məqsədilə alt qanunvericilik aktları aidiyyəti şöbələrlə birlikdə hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyinə tədim edilib.
Aqrar Tədqiqatlar Mərkəzinin müvafiq şöbələri ilə birgə “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqları”nın yeni məbləğlərinin kalkulyasiyası hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Hesabat dövründə ölkənin ayrı-ayrı bölgələrində heyvan xəstəliklərinə qarşı aparılan profilaktik peyvəndləmələr zamanı şəffaflığın təmin edilməsi məqsədilə fərdi təsərrüfat sahibləri ilə görüşlər keçirilib, seçmə üsulu ilə bir çox sahibkarlarla telefon ilə sorğular keçirilib, bukletlər paylanılıb və lazımi tövsiyələr verilib.
Aqrar Xidmətlər Agentliyi tərəfindən həyata keçirilən profilaktik peyvəndləmə və baytarlıq-sanitariya tədbirləri nəticəsində 2020-ci ilin 7 ayı ərzində respublikada epizootik vəziyyətin sabitliyi əsasən qorunub saxlanılıb.
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
05 Dekabr 2024
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov Daşkəsəndə vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri – Fermerlərə tövsiyə
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov Naxçıvanda vətəndaşları qəbul edəcək
05 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Qubada vətəndaşları qəbul edəcək
04 Dekabr 2024