- İctimai təşkilatlar xüsusi karantin rejimində necə fəaliyyət göstərir?
- Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alandan sonra könüllülər ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında aktiv iştirakçılarına çevrilib. Könüllülər beynəlxalq tədbirlərin təşkili prosesində fəal iştirak etməklə əsas hərəkətverici qüvvə rolunu oynamağa başlayıb. Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial fəaliyyət istiqamətlərdən biri olan könüllülük fəaliyyəti cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasına öz töhfəsini verməkdədir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinətinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Qərarına əsasən ölkədə bir neçə könüllülük hərəkatının üzvlərinə fəaliyyətləri çərçivəsində sərbəst hərəkət hüququ verilib. Həmin siyahıda yer alan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının üzvləri hər zaman olduğu kimi xüsusi karantin rejimi dövründə də öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışır.
- Aqrar İnkişaf Könüllüləri hazırda hansı layihələri icra edir?
- Biz Aqrar İnkişaf Könüllüləri olaraq fəaliyyətimizi daha da gücləndirmişik. Hazırda “Kənd Sovqatı”, “Fermerin Dostu” və “Öyrənən Fermer” layihələrimiz icra olunur. “Fermerin Dostu” layihəsi çərçivəsində yaşı 65-dən çox olan fermərlərimizə könüllülərimiz hərtərəfli dəstək olur, onların kommunal ödənişlərini həyata keçirməsinə, gündəlik ərzaqlarının alınmasına köməklik göstərirlər. Eyni zamanda, “Fermerin Dostu” layihəsi çərçivəsində hazırda mövcud şəraitlə əlaqədar yaranan çətinliklərlə bağlı fermerlərdən sorğular götürür, xüsusi karantin rejimi və Kənd Təsərrüfatı Nazirliyinin cari fəaliyyəti haqqında informasiyanın düzgün çatdırılması məqsədilə aqrar sahədə çalışanları mütəmadi məlumatlandırır və onların kənd təsərrüfatı sahəsində suallarını aidiyyatı üzrə müvafiq qurumlara yönlədirirlər.
“Öyrənən Fermer” layihəmizdə kənd təsərrüfatında innovasiyanın tətbiqi imkanlarını təbliğ edirik. Belə ki, layihənin məqsədi aqrar sahədə yenilikləri fermerlərin diqqətinə çatdırmaq və innovativ texnologiyaların tətbiqi ilə bağlı onların məlumatlandırması prosesinə dəstək olmaqdır. Bu məqsədlə onlayn resurslar üzərindən fermerlərlə BMT-nin ərzaq təhlükəsizliyi və dövlətin özünün iqtisadi təhlükəsizliyinin əsas prinsiplərindən olan “Dayanıqlı Kənd Təsərrüfatı” ilə bağlı video-seminarlar təşkil edirik. Təlimlərdə kənd təsərrüfatında daha da inkişafa nail olmaq, dayanıqlı istehsalı təmin etmək məqsədilə həyata keçirilən tədbirlər barədə fermerlərə məlumat verilib.
Bundan əlavə, könüllülərimiz rayonlarda yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərdə də fəal iştirak edir.
- Son dövrlərdə “Kənd Sovqatı” layihəsinin aktuallığı artıb. Bu layihənin məqsədi barədə nə deyə bilərsiniz?
- “Kənd Sovqatı” layihəsi Aqrar İnkişaf Könüllüləri Təşkilatı tərəfindən davamlı həyata keçirilən xüsusi layihələrdəndir. Sosial məsuliyyətliliyin, həmrəyliyin təşviqi bu layihənin əsas məqsədlərindəndir. Bu layihənin mərkəzində əsasən aztəminatlı, ahıl və şəhid ailələrinə qayğı dayanır. Könüllülərimiz Bakıda və regionlarda vətəndaşların müraciətlərini qeydə alır, layihənin tərəfdaşları ilə əvvəlcədən hazırlanmış dəstək planına əsasən lazımı hazırlıqları görür və bu ailələrin tələbatına uyğun ərzaq yardımı göstərilir. Son dövrlərdə Korporativ Sosial Məsuliyyət çərçivəsində bir çox şirkət və ayrı-ayrı şəxslər tərəfindən bizə bu istiqamətdə dəstək verənlərin sayı artır. Onlarla birgə heç bir müraciəti cavabsız qoymamağa, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə uyğun olaraq biz də bu istiqamətdə faydalı olmağa çalışırıq.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024