Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Şəki rayonu ərazisində karantin tətbiq edilən zərərvericilərə qarşı fitosanitar monitorinqlər və kimyəvi mübarizə tədbirləri davam etdirilir.
Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki rayonunun park və xiyabanlarında fitosanitar müşahidələr aparılıb və parklarda əkilmiş 65 ədəd müxtəlif dekorativ bitkilərdə karantin obyekti hesab edilən yaponiya yalançı qalxanlı mumlu yastıcası (Ceroplastes japonicus Green.) ilə sirayətlənmə aşkar edilib.
Mütəxəssislər tərəfindən adıçəkilən zərərvericilərə qarşı dövlət büdcəsindən ayrılmış vəsait hesabına korumaqor (2 l/ha) insektisidi ilə kimyəvi mübarizə aparılıb.
Məlumat üçün bildirək ki, yaponiya yalançı qalxanlı mumlu yastıcası əsasən Lənkəran, Astara, Masallı, Abşeron və Göyçay rayonlarında ocaqlar şəkində yayılıb. Zərərverici alma, armud, gilas, albalı, tut, xurma, feyxoa, yemiş, zoğal, dəfnə, çay, əncir, portağal, narıncı və s. bitkilərlə qidalanaraq çoxalır. Əsasən əkin materialı ilə yayılır.
Yetkin dişi fərd yarımşar şəkilli olub, uzunluğu 5 mm-ə qədərdir. Zərərvericidə kəskin dimorfizm müşahidə olunur. Dişi fərdləri qanadsızdır, ayaqları yaxşı inkişaf etmədiyindən adətən qidalandığı yerə yapışır və hərəkətsiz qalır. İfraz edilən mumabənzər maddə bədəni örtərək qalxanabənzər qın təbəqəsi əmələ gətirir. Qışı mayalanmış halda keçirən dişi fərdlər ətrafa hərəkət etmədən bitkiyə yapışdığı yerdə qarıncıq hissəsini bədənin altına sıxışdırıb yumurta qoyur. Bir dişi fərd orta hesabla 400-500 ədəd , bəziləri isə 2500-ə qədər yumurta qoya bilir.
Yayın ortalarında qoyulan yumurtalardan ağımtıl, çox mütəhərrik sürfələr çıxır. Onlar xırda və yüngül olduğundan külək vasitəsilə ətrafa yayılır. Bundan başqa yumurtadan yenicə çıxmış sürfələr çox çevik və yaxşı hərəkətetmə qabiliyyətinə malik olduqlarından məhv olmuş dişinin altından uzaqlaşıb ətrafda olan sağlam bitkilərə yayılır. Sürfələr ən çox yarpaqların damarları ətrafına yapışır və onları deşıb şirəsini sorur, yarpaqların qurumasına, meyvələrin tökülməsinə və hətta bitkinin tam məhv olmasına səbəb olur. Tut, çay və sitrus bitkiləri üçün zərərverici daha qorxuludur. Zərərverici bitkilərin məhsuldarlığını azaltmaqla bərabər, onun keyfiyyətinə də mənfi təsir edir. Zərərverici il ərzində 1 nəsil verir.
Zərərvericiyə qarşı aşağıdakı tədbirlər aparılmalıdır:
Karantin tədbirlərinə düzgün əməl edilməli, yastıca yayılmış rayonlardan başqa rayonlara tinglərin və calaq üçün çubuqların göndərilməsinə yol verilməməli, ehtiyac olduqda əkin materialı fumiqasiya edilməlidir;
Zərərverici ilə yoluxmuş bağlarda sentyabr-oktyabr aylarında yarpaqlar, qurumuş budaqlar və bitki qalıqları toplanıb yandırılmalıdır;
Bioloji tədbir olaraq, zərərvericinin təbii düşmənləri olan mikroterus, kokkofaqus, skutellis və digər faydalı həşəratların laboratoriyalarda artırılıb sahələrə buraxılması məqsədəuyğundur;
Vegetasiya müddətində isə zərərvericiyə qarşı aşağıdakı pestisidlərdən istifadə olunması məsləhət görülür : avantaj (1.5 l/ha), siperkor (1.0 l/ha), mezetam (0.1-0.2 l/ha), dentis (0.2 l/ha), desis (0.5 l/ha), Bi-58 (1-2.5 l/ha), korumaqor (1.5-2.5 l/ha və yastıcalara qarşı istifadə edilən digər insektisidlər. Dərmanlamaların yumurtadan yeni çıxmış sürfələrə qarşı (iyunun sonu – iyulun əvvəli) aparılması daha səmərəlidir.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024