Aqrar Tədqiqatlar Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib. Nazirliyin İnsan resursları şöbəsinin keçirdiyi təlimdə şöbənin əməkdaşı Elnur Atayev təqdimatla çıxış edib, tədbir iştirakçılarına istehsalat təcrübəsinin təşkil edilməsi qaydaları ilə bağlı geniş məlumat verib.
Bildirib ki, təhsil müəssisələrinin tələbələrinin müvafiq dövlət qurumlarında təcrübə keçmələri ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı mövcuddur. Bu qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda da tələbələrin istehsalat təcrübəsi keçmələrinə şərait yaradılır.
E.Atayev təcrübənin təşkili qaydaları haqda məlumat verib. Qeyd edib ki, istehsalat təcrübəsi Nazirliyin Hüquq şöbəsi tərəfindən hazırlanan müqavilə əsasında həyata keçirilir. Müqavilə qurumla təhsil müəssisəsi arasında bağlanır, tərəflərin öhdəliklərini müəyyən edir. Həmçinin müqavilədə təcrübənin müddəti, təcrübə keçəcək tələbələrin ixtisası, sayı və s. göstərilir.
Daha sonra tədbirdə təcrübə keçəcək tələbələrin bilməli olduqları nüanslar barədə məlumat verilib. Qeyd olunub ki, bu nüanslara əsasən təcrübəkeçmə qaydaları, təhlükəsizlik tədbirləri aiddir.
Təlim iştirakçılarının diqqətinə çatdırılıb ki, istehsalat təcrübəsinin təşkili zamanı 3 əsas məsələyə xüsusi diqqət yetirilməlidir. Bunlar davamiyyət, gündəlik və mentorluq məsələləridir. Belə ki, tələbənin təcrübəyə davamiyyəti izlənməli, hər bir tələbənin gördüyü işlərlə bağlı gündəliyi olmalı, tələbəyə mentor –təcrübə rəhbəri təyin edilməlidir.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resursları şöbəsinin tədbirdə iştirak edən əməkdaşı Bəxtiyar Nəsibov qeyd edib ki, hər istehsalat təcrübəsi tələbənin inkişafına bir töhfə verməlidir. “Bunun üçün də təcrübə rəhbərlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar işlərinə vicdanla yanaşmalı, ölkəmizin savadlı kadrlara tələbatının təmin olunması üçün ilk addımlardan olan istehsalat təcrübəsinin vacibliyini tələbələrə izah etməlidirlər.”,-deyə o qeyd edib.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb, işlərində qarşılaşdıqları və qarşılaşa biləcəkləri bəzi məqamlara aydınlıq gətirilib.
Azərbaycan və ABŞ arasında aqrar əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
17 Noyabr 2026
Azərbaycan və Dünya Bankı kənd təsərrüfatı sahəsində yeni layihənin icrasını müzakirə ediblər
17 Noyabr 2026
Qubada müasir meyvəçilik və tingçilik üzrə təlim proqramına başlanılıb
17 Noyabr 2026
2027-ci il üzrə əkin subsidiyasının 30 faizi fermerlərə avans şəklində ödəniləcək
17 Noyabr 2026
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
16 Noyabr 2026