Kənd Təsərrrüfatı Nazirliyinin İslam İnkişaf Bankı və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) ilə birgə Yevlax və Şəki rayonlarında həyata keçirdiyi Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi hesabat təqdim edib.
Bildirilib ki, Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi bu layihə çərçivəsində nəzərdə tutulan işlərin orta hesabla 80%-i tamamlanıb. “Kənd infrastrukturunun inkişafı və Sudan İstifadəedən Birliklərinə (SİB) dəstək”, “Kənd təsərrüfatı məhsuldarlığının və rentabelliyinin artırılması”, “Kənd Maliyyə Xidmətlərinin Göstərilməsi” komponentlərindən və 7 sub-komponentdən ibarət layihə 2012-ci ildə başlayıb. Layihənin 2020-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.
Layihə çərçivəsində Yevlax və Agdaş rayonlarında təsərrüfatdaxili suvarma sistemlərinin təmir-bərpası işləri görülüb. Bu məqsədlə hər iki rayon üzrə mövsud 17 SİB-in inkişafına dəstək verilərək ofis binaları tikilib, ofislərin mebel və avadanlıqlarla təchiz edilməsi üçün hazırlıq görülüb. Yevlax və Agdaşda nəzərdə tutulmuş 124 kənddən 100-də 19 mindən artıq təsərrüfata məxsus 55 min hektardan çox ərazinin suvarma suyu ilə təhcizatı yaxşılaşdırılıb. Layihəyə uyğun olaraq 26604 təsərrüfatı əhatə edən 74439 hektar ərazi təsərrüfat suyu ilə təmin ediləcək.
Layihə çərçivəsində Yevlax, Ağdaş, Şəki və Oğuz rayonlarında 200 kənd üzrə kənd fəaliyyət planları işlənib hazırlanıb, 100 kənd üzrə isə prioritet seçlmiş infrastruktur layihələrinin layihə-smeta sənədləri tərtib edilib. Bu layihə-smeta sənədlərinə əsasən infrastuktur təyinatlı (icməli su təminatı, kənddaxili suvarma arxlarının təmir-bərpası və s.) 15 layihə (9-u Şəki rayonunda, 6-ı isə Oguz rayonunda) üzrə təmir-tikinti işlərinə başlanıb. 45 infrastruktur layihəsinin icrasına isə yaxın vaxtlarda başlanılacaq.
Yeni texnologiyaların ötürülməsi və mənimsənilməsi məqsədilə 4000 nəfərədək fermerə 300-dən artıq təlim verilib, 3000-ə yaxın fermerin iştirak etdiyi 200-dək sahə səfəri təşkil edib.
Layihə çərçivəsində sahə sınaq nümayişləri təşkil olunub, fermerlərə sertifikatlı toxumlar qrant olaraq verilib və əldə olunan yüksək məhsuldar toxumlar digər fermerlər arasında yayılıb. Ümumilikdə 781 fermer təsərrüfatında 290 ha sahədə sınaq nümayişləri təşkil edilib. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Şəki Dayaq Məntəqəsində yenidənqurma və bərpa işləri layihə hesabına aparılıb, Şəki Toxum Nəzarəti və Sertifikatlaşdırma Laboratoriyası ofis və laborator mebel dəstləri ilə təmin olunub.
Layihənin əhatə etdiyi rayonların kəndlərində 5000-dək təsərrüfatda 6000-dən artıq iribuynuzlu heyvan arasında süni mayalama tədbirləri aparılıb və 2500-dən çox cins buzov əldə edilib. Bundan başqa, 4000-dən artıq fermer təsərrüfatında 16000-dən artıq iribuynuzlu, 155000-ə yaxın xırdabuynuzlu heyvan və 300000-dən artıq ev quşu arasında müalicə-profilaktika tədbirləri həyata keçirilib.
Bu tədbirlərlə yanaşı, Respublika Süni Mayalanma Mərkəzinin və Regional Süni Mayalama Mərkəzlərinin fəaliyyətinə texniki, avadanlıq və mütəxəssis təchizatı ilə bağlı dəstək verilib, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq nəticəsində həm fermerlərin, həm də institut əməkdaşlarının yeni biliklərə yiyələnməsi, kadr hazırlığı və təcrübə mübadiləsi istiqamətində fəaliyyət təşkil edilib. Quba, Lənkəran, Astara, Zaqatala, Balakən, Şabran, Qəbələ, Göyçay və Şəki rayonlarında 3500-dən artıq fermer təlimə cəlb olunub, elmi-praktiki konfranslar keçirilib, kadr hazırlığı istiqamətində gənc kadrlar üçün hər həftənin 5-ci günləri bir illik meyvəçilik kursu təşkil olunub, 10-dan artıq mütəxəssis xarici ölkələrdə təlimlərə göndərilib. Layihə müasir tipli meyvə bağlarının salınması, bağçılığın inkişafı üçün tinglərin yetişdirilməsi və fermerlərə verilməsini dəstəkləyib.
KYKİL çərçivəsində IFAD-ın meyarları əsasında seçilmiş bank olmayan kredit təşkilatları tərəfindən 5000-dən artıq borcalana (birgə və fərdi) ümumilikdə 10 milyon manatdan çox kredit verilib. Bu kreditlərin geri qaytarılma faizi 95% təşkil edib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024