Şəbnəm Məmmədova: “Aqrar sahədə uğurlar qazanmaq ücün bütün elmi potensial səfərbər edilməlidir”
Vüqar Babayev: “Aqrar sektorda elmi fəaliyyətin son hədəfi fermerlər, istehsalçılar olmalıdır”
Kənd təsərrüfatı nazirinin İnnovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova və Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vuqar Babayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq İnstitutunda və Əkinçilik Elmi-Tədqiqat İnstitutunda işçi heyəti ilə geniş tərkibdə görüş keçirilib. Görüşdə tədqiqat müəssisələrinin mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub.
İclasda çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, texnika üzrə elmlər doktoru Tariyel Pənahov üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan bu institutun əsas fəaliyyəti üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılmasından, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsindən, müxtəlif istiqamətlərdə istifadə ediləcək yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılmasından ibarətdir. Bundan başqa institut becərmə texnologiyasının işlənib hazırlanması, beynəlxalq standartların tələblərinə cavab verə biləcək şərabların, şərab distiliyatlarının və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və istehsalının təkmilləşdirilməsi sahələrini də araşdırır.
Daha sonra Azərbaycanın qiymətli üzüm sortlarının qorunub saxlanması, əhalinin ekoloji təmiz üzüm məhsulları ilə fasiləsiz təmin olunması məqsədilə aparılmalı olan elmi-tədqiqat işləri haqqında geniş müzakirələr aparılıb.
Daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitituna səfər edən qonaqlar institutun tarixini əks etdirən muzeyə, Gen bankına, ”Dənin keyfiyyəti” laboratoriyasına baxış keçiriblər.
İnstitutun direktoru Cavanşir Təlai ölkənin ərzaq təhlükəsizliyinin elmi təminatı baxımından institutun qarşısında duran vəzifələrdən danışıb, müəssisənin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən təqdimatla çıxış edib. Cavanşir Təlai bildirib ki, hal-hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun strukturuna 8 şöbə, 5 laboratoriya, 1 kafedra və ölkənin müxtəlif bölgələrində yerləşən 11 təcrübə bazası daxildir. Bundan başqa institut nəzdində Elmi Şura və Dissertasiya Şurası fəaliyyət göstərir. İnstitut tanınmış beynəlxalq seleksiya mərkəzləri olan SİMMİT və İKARDA kimi beynəlxalq təşkilatlarla elmi əməkdaşlıq edir.
Kənd təsərrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədova çıxış edərək bildirib ki, İnstitutun texniki-iqtisadi potensial müəyyənləşdirilməli, yeni təkliflər verilməlidir. O çevik infrastrukturun qurulmasının vacibliyini vurğulayıb, aqrar sahədə uğurlar qazanmaq ücün bütün potensialın səfərbər olunmasına diqqət çəkib. Əkincilik Elmi-Tədqiqat İnstitutunda elmi potensialın mövcudluğunu qeyd edən Şəbnəm Məmmədova elmi işçilərin təkliflərini dinləyib.
Tədbirdə çıxış edən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Vüqar Babayev qarşıda duran vəzifələrdən bəhs edib. O bildirib ki, elmi fəaliyyətin son hədəfi fermerlər, istehsalçılar olmalıdır. Vüqar Babayev SİMMİT-in dəstəyi ilə əldə olunan yeni texnologiyaları tətbiq etməklə fəaliyyəti kommersiyalaşdırmağın vacibliyini önə çəkib.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024