Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş hesabat yığıncağı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Elmi-tədqiqat institutlarının əməkdaşları ilə yanaşı Sabirabad, Bərdə, Tərtər, Ağsu, Kürdəmir rayonlarının fermerləri, “Qarabağ Toxum MMC”, “Bakı Taxıl Terminalı”, “Süsən Aqro” MMC, “El-Gün” MMC, “SM Aqro” şirkətlərinin nümayəndələri və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları öncə institutun dünyasını dəyişmiş tanınmış seleksiyaçı alimləri, əməkdar kənd təsərrüfatı işçisi, prezidentin fərdi təqaüdçüsü Əsəd Musayev və fəlsəfə doktoru, dosent Elxan Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Yığıncağı giriş sözü ilə açan institutun direktoru Cavanşir Təlai tədbir iştirakçılarına ölkə Prezidentinin sədrliyi ilə 29 yanvar tarixində keçən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr edilmiş konfransda taxılçılıq, tütünçülük və eləcə də kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı elmi-tədqiqat müəssisələrinin qarşısına qoyduğu vəzifələr, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mandatına daxil olan bitkilərin ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolu və məhsuldarlığın artırılması məqsədi ilə aqrar sahədə fəaliyyət göstərən özəl iş adamlarının, fermerlərin alimlərlə sıx əməkdaşlığının əhəmiyyəti barədə danışıb.
Sonra çıxış edən Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Tariyel Pənahov ölkə başçısının aqrar elmə göstərdiyi diqqət və qayğı, Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində olan qurumların qarşısında duran mühüm vəzifələr, son dövrlər istifadəyə verilmiş və müasir dövrün tələblərinə cavab verən Meyvəçilik və Çayçılıq və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutları, bitkiçilik və heyvandarlıq sahələrində əldə ediləcək hər bir yekun elmi nəticənin fermerlərin sahələrində tətbiqinin zəruriliyinə toxunub. Tariyel Pənahov institunun fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanlarını verən gənclərin əldə etdikləri uğurlar barədə danışaraq onların gələcəkdə aqrar sahənin inkişafına öz töhfələrini verəcəklərinə əmin olduğunu bildirib.
Daha sonra çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçiliyin təşkili və monitorinqi” şöbəsinin müdiri Rafail Quliyev kənd təsərrüfatının müxtəlif sahələri üzrə qəbul edilmiş dövlət proqramları, dövlət tərəfindən gübrə və pesdisidlərə görə güzəştlərin tətbiq edilməsi, istehsal edilmiş 1-ci və 2-ci reproduksiyalı toxumlara görə dövlət tərəfindən subsidiyaların verilməsi və s. məsələlər barədə danışıb. Rafail Quliyev taxılçılığın respublikada əsas strateji sahələrdən biri olduğunu və ölkənin əkin strukturunda 60 faiz paya malik olduğunu qeyd edib.
Elmi işlər üzrə direktor müavini Nizami Hümmətov Əkinçilik ET İnstitutunun 2018-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti, il ərzində əldə edilmiş mühüm nəticələr, qarşıda duran vəzifələr və problemlər barədə ətraflı məlumat verib.
Tədbirdə buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının rəhbərləri dənli, dənli-paxlalı və yem bitkilərinin seleksiyası, yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi, otlaqların idarə olunması və səmərəli istifadəsi, iqtisadi cəhətdən səmərəli olan yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən mütərəqqi becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanmasına dair 2018-ci ildə aparılmış tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat veriblər. Əkinçilik ET İnstitutunun istehsalat üzrə direktor müavini Atif Zamanov institutun 2018-ci il üçün toxumçuluq fəaliyyəti, problemləri və qarşıda duran vəzifələr haqqında təqdimatla çıxış edib və bu mövzu ətrafında təsərrüfat rəhbərlərinin hesabatları dinlənilib.
Tədbirdə fermer və emal müəssisələri nümayəndələrinin birgə iştirakı ilə mövcud problemlər və onların həlli istiqamətlərində fikir mübadiləsi aparılıb və fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024