Məlumat ücün bildiririk ki, bu təhlükəli zərərverici MDB-nin kartof yetişdirilən əksər bölgələrində yayılmışdır. Azərbaycanda kolorado kartof böcəyinə 1970-ci ilin əvvəllərində ilk dəfə olaraq Tovuz, Şəmkir və Gədəbəy rayonlarının bir sıra təsərrüfatlarında təsadüf edilmiş və qısa müddətdə sürətlə artaraq başqa rayonlara da yayılmışdır.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının apardıqları müşahidələrin nəticələrinə görə kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında daha geniş yayılmışdır. Zərərvericiyə kartof becərilən digər rayonlarda da təsadüf olunmaqla əkinlərə ciddi ziyan vurur.
Kolorado kartof böcəyinin bədəni şarvari-oval formada olmaqla, uzunluğu 9-11 mm arasında dəyişir, üst tərəfi qırmızımtıl-sarı rəngdədir. Alt tərəfində üçbucağa oxşar ləkə vardır. Böcəyin başı aşağı əyildiyindən üst tərəfdən aydın görünmür. Bığcıqları 12 buğumdan ibarətdir. Onlardan birinci beş buğum açıq rəngdə, qalanları qaradır. Qabaq döşün üzərində 11 ədəd qara ləkə vardır. Ortadakı ləkə böyük olub V hərfinə bənzəyir. Qabaq qanadları üzərində (hər qanadda 5 ədəd) uzununa gedən qara zolaq vardır. Pupdan yenicə çıxmış böcəklərin alt qanadları əvvəlcə açıq, sonradan isə açıq-çəhrayı rəng alır.
Yumurtaları parlaq olub, səthi hamardır. Qırmızımtıl-sarı, yaxud narıncı rəngdədir. Oval formada olub, 0,8-1 mm uzunluqdadır. Sürfələr alt tərəfdən yastı, üst tərəfdən qabarıq olub, ortası yoğun, yağlı kimidir. Bədənləri əvvəlcə tünd qırmızı, böyüdükcə narıncı-qırmızı rəngdə olub, üzərində uzununa iki cərgə ilə düzülmüş qara nöqtələr vardır. Dörd yaş dövrü keçirir, uzunluğu 15-16 mm-dir.
Puplar açıq-çəhrayı, yaxud narıncı rəngdədir. Yan tərəfində cərgə ilə düzülmüş qara nöqtələr və sonunda mahmız vardır, uzunluğu 10-12 mm-dir.
Böcəklər yumurtalarını bitki yarpaqlarının alt tərəfinə koma halında və hər komada 15-60 ədəd olmaqla bir-birinin yanında qoyur. Hər bir dişi fərd 400-600, bəziləri isə 3000-ə qədər yumurta qoya bilir. Bitkilərin ilk böyümə dövründə (yazda) böcəklər yumurtalarını torpağa yaxın olan iri yarpaqların alt səthində, yayda isə kolların orta yarusunda əmələ gələn yarpaqların alt səthinə qoyurlar. Yumurta qoyarkən dişi fərdlər özlərindən havada tez quruyan yapışqanlı maye buraxıb, onun köməyi ilə yumurtalarını yarpaqlara yapışdırırlar ki, bu da külək və yağışın təsirindən yarpaqlardakı yumurtaların tökülməsinin və tələf olmasının qarşısını alır. Hava şəraitindən asılı olaraq, yumurtanın inkişafı 5-15 gündə başa çatır və onlardan sürfələr çıxır. Sürfə inkişafını 16-34 gündə qurtarır, bu müddətdə üç dəfə qabıq dəyişməklə, 4 yaş keçirir. Birinci yaşda sürfənin uzunluğu 5,3 mm-ə, üçüncü yaşda 8,5 mm-ə və dördüncü yaşda 15 mm-ə çatır. İlk dövrdə sürfə içərisindən çıxdığı yumurtanın qabığını yeyir. Nadir hallarda onlar içərisindən sürfə çıxmayan sağlam yumurtaları da yeyirlər. Bu proses hannibalizm adlanır.
Sürfələrin bitkilərlə ilk qidalanması yarpaqların alt tərəfindən, yəni yumurtadan çıxdığı yerdə başlayır. Onlar yarpağı gəmirib kiçik deşiklər açırlar. Çox keçmədən sürfələr qidalandığı bitkini sirayətləndirirlər. Hər bitkidə 30-40 sürfə və böcək olduqda, yarpaqların yarısından çox hissəsi və bəzən tamamilə yeyilmiş olur. Bitkilər üzərində yarpaq çatışmadıqda axırıncı yaşda olan sürfələr və yetkin fərdlər kolların gövdələrini də gəmirib, onları lütləşdirirlər. Qida çatışmadıqda zərərverici yaxındakı bitkilərə keçib, onlarla qidalanır. Şiddətli qidalanma məhsulun 40-50% azalmasına səbəb olur. Yağışlı və küləkli hava şəraitində zərərverici yarpaqların alt tərəfinə toplaşır. Əlverişli şərait olduqda onlar bitkiləri yenidən zədələyirlər.
Yay mövsümündə inkişafı başa çatmış sürfələr torpağın 5-15 sm dərinliyində pup mərhələsinə keçir. Pupun inkişafı 10-24 gün davam edir və ondan yeni nəslin böcəkləri çıxır.
Hesablamalar göstərmişdir ki, iqlim şəraitindən asılı olaraq kolorado kartof böcəyinin bir nəsli inkişafını 30-70 gündə qurtarır. Bunun üçün 3600 faydalı (effektli) temperatur tələb olunur. Yumurtanın inkişafı üçün 500, sürfənin inkişafı üçün 1450, pupun inkişafı üçün isə 1000 effektiv temperatur lazımdır. Böcəklərin torpaqdan çıxıb yumurta qoyma dövründə 30-350 faydalı temperatur tələb olunur.
Respublikanın Gəncə-Qazax bölgəsində zərərverici ildə 3-4 nəsil verir. Gədəbəy rayonunda adətən kolorado kartof böcəyi 2 nəsil verir ki, bu əsasən orada havanın nisbətən sərin olmasından asılıdır.
Yayın və payızın isti vaxtlarında böcəklər havaya qalxaraq 30 km məsafəyə yayıla bilir. Güclü küləklər onların daha uzaq məsafələrə yayılmasına zəmin yaradır. Qeyd etmək lazımdır ki, düzənlik yerlərdə və çöllərdə zərərverici daha sürətlə ətrafa yayıla bilir. Meşələrdə və hündür ağaclar bitən yerlərdə zərərvericinin yayılması xeyli məhdudlaşır.
Kolorado kartof böcəyi quş üzümü fəsiləsinə mənsub olan kartof, tütün, pomidor, bibər, badımcan və digər mədəni bitkilərlə qidalanmaqla bərabər, eyni zamanda bənənotu, xamotu, dəlibəng, quşüzümü və sair yabanı bitkilərlə də qidalanır. Zərərverici günün bütün vaxtlarında, dişi fərdlər isə gecə vaxtlarında daha çox qidalanır. Zərərverici bitkilərin qönçələmə, çiçəkləmə vaxtlarında daha çox ziyan vurur.
İqlim və torpaq şəraitindən asılı olaraq, zərərvericinin axırıncı nəsil böcəkləri torpağın 18-70 sm dərinliyində qışlayırlar. Yazda temperatur 14-15 dərəcəyə çatdıqda onlar torpaq üzərinə çıxır. Respublikamızda bu hal təqribən aprel ayının ortaları, may ayının əvvəllərində müşahidə olunur. Ayrı-ayrı fərdlərin torpağı tərk etməsi may ayının sonlarına qədər davam edir. Yağışlı və sərin vaxtlarda böcəklərin qış yuxusundan ayılması və torpaq üzərinə çıxması nisbətən uzanır. Torpaq üzərinə çıxan böcəklər çoxlu su qəbul etdikdən sonra ətrafdakı bitkilərə keçərək onlarla qidalanır. Böcəklər bir aya qədər qidalanmadan yaşaya bilərlər.
Təbiətdə kolorado kartof böcəyinin artıb çoxalmasının qarşısını bir sıra faydalı həşəratlar, gənələr, hörümçəklər və s. canlılar alır. Yırtıcı karabid böcəklərindən gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. sahələrdə zərərvericinin yumurta, sürfə, pup və hətta yenicə əmələ gəlmiş böcəkləri ilə qidalanır.
Mübarizə tədbirləri:
Kolorado kartof böjəyinin yayılmasının qarşısını almaq və onu məhv etmək məqsədilə mübarizə tədbirləri sistemi həyata keçirilməlidir:
“Zəfər” futbol turnirinə yekun vurulub
07 Noyabr 2024
Aqrar Sığorta Fondu və Lənkəran Dövlət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
06 Noyabr 2024
“Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil olunub
05 Noyabr 2024
Aqrar Sığorta Fondu və “Azərkosmos” arasında əməkdaşlıq memorandumu imzalanıb
04 Noyabr 2024
Aqrar sahədə elmi-tədqiqat işlərinin birgə təşkili məqsədilə memorandum imzalanıb
04 Noyabr 2024