Toxumun təmizliyi. Toxumun təmizliyi onun mühüm keyfiyyət göstəricilərindən olub AZS 130-2005 (Qəbul qaydaları və toxumlardan nümunələrin götürülmə üsulları) və AZS 133-2005 (Toxumların təmizliyinin və tullantılarının təyin edilmə üsulları) standartlarının tələblərinə əsasən müəyyən olunur.
Təmizlənib kondisiyaya çatdırılmış yumşaq buğda və arpa toxumlarında (orijinal, elit və reproduksiyalı) təmizlik göstəriciləri AZS 037-99 standartına görə aşağıdakı kimi olmalıdır:
Sorttəmizliyi (%-lə minimum): orijinal – 99,9; elit – 99,7; R1-R3 – 98
Toxumun tərkibi (başqa növlər-mədəni, 1 kq/ədəd): orijinal –2; elit – 5; R1-R3 – buğdada arpa 20, arpada buğda 60. Alaq otları (1 kq/ədəd): orijinal –2; elit – 5; R1-R3 – 20.
Sürmə ilə sirayətlənmə (%-lə): orijinal – 0; elit – 0,1; R1-R3 – 0.3/0.1
Toxumun qablaşdırılması: Kondisiyaya çatdırılmış toxumlar qablaşdırıldıqdan sonra sort və reproduksiyalar üzrə partiyalar halında paletlərin üzərinə yığılır. Buğda və arpanın toxum partiyasının kütləsi 30 tondur. Üst-üstə yığılmış kisələrin 7-8 sıradan artıq olmamalıdır. Toxum partiyasına baxış keçirmək və ya nümunə götürmək üçün partiyalar arasında sərbəst hərəkət etmək üçün boşluqlar olmalıdır.
Toxum yığılmış kisələr etiketlənir. Etiketin ölçüsü 70x100 mm ölçüsünü aşmamaqla düzbucaqlı formada olub islanmaya davamlı və möhkəm olmalıdır. Etiketin biri toxumun içinə qoyulmaqla, digəri kisənin ağzı ilə bərabər tikilir (və ya üzərinə yapışdırılır). Etiketdə istehsalçı müəssənin adı, bitkinin adı, sortu, kateqoriyası/ reproduksiyası, toxum partiyasının nömrəsi, toxumun dərmanlı olub-olmaması, çəkisi və istehsal ili yazılır. Toxum kisəsinin üzərində həmçinin istehsalçının loqosu, ünvanı və s. yazıla bilər.
Toxumun saxlanılması. Toxum saxlanan anbarlar və digər köməkçi qurğular aşağıdakı texniki tələblərə cavab verməlidir:
toxum müvafiq texniki avadanlıqlarla təchiz edilmiş metal konstruksiyalı və ya beton anbarlarda saxlanılmalıdır; toxum saxlanılan anbarın ətrafı və işlək hissələri asfaltla və ya beton örtüklə örtülməlidir; bina və qurğuların normal işıqlandırılma və daimi havalandırma sistemi olmalıdır; toxumun tədarükünə başlanılmazdan əvvəl bina və qurğularda xəstəlik və zərərvericilərə qarşı təmizləmə və dezinfeksiya işləri aparılmalıdır;
Təmizlənib qablaşdirilmış toxumların müvafiq standartların tələblərinə uygun olaraq saxlanılması olduqca vacibdir. Təmizlənib kondisiyaya çatdırılmış toxumlar acıq halda, siloda, konteynerdə və qablaşdırılmış formada saxlanıla bilər. Toxumun saxlanması zamanı 3 amil daim nəzarətdə saxlanmalıdır:
Toxunun və xarici mühitin temperaturu; Toxumun və xarici mühitin nəmliyi; Havalandırma
Fərqli sortlardan olan toxumlar ayrı-ayrı anbarlarda saxlanılmalıdır.Buna imkan olmadıqda bu sortların toxumları bir-birindən arakəsmələr vasitəsilə ayrılmalıdır.Muxtəlif təmizlik dərəcəsinə, reproduksiyasına və digər keyfiyyətlərinə görə fərqlənən tpxum materialları ayrılıqda saxlanılmalıdır. Toxumun saxlandıgı müddətdə onun nəmliyinə daim nəzarət edilməlidir.Saxlanılan muxtəlif bitki toxumları ücün nəmlik aşagıdakı ğöstəricilərdən yüksək olmamalıdır:
Buğda ,arpa və çovdar ücün 14% Dənli-paxlalılar ücun 15.0% Qargıdalı ücün 14% Günəbaxan ücün 8-10%
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024