Deyərdim ki, uşaqlıqdan, gözümü açandan dədə-babalarımızın arıçılıqla məşğul olduğunu görmüşəm. Ulu babalarımız belə bu sahə ilə məşğul olub. Hazırda 220-dən artıq arı ailəmiz var. Biz əsasən Qabaqtəpə arı cinslərini bəsləyirik. Bir pətəkdə 100 mindən artıq arı olanda o güclü “qoşun” sayılır. Rayon ərazisində biz əvvvəlcədən bilirik, hansı ərazilərə köç edək. Samuxun Kürboyu meşə ətrafı arılarımızın saxlanması üçün ən əlverişli bir ərazidir.
Bu sözləri Goranboy rayonunun Ağamalıoğlu kəndindən olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı Şahrubə Kərimova deyib.
Şahrubə Kərimova arı südü haqqında bildiklərini, öz təcrübəsini arıçılarla bölüşüb: - Arı südünü necə alırıq? Çərçivədəki şanı 5 sm ara verməklə kəsirik. Həmin kəsilmiş şandan xətt boyu arılar orada ana üskükləri hazırlayırlar. Həmin üsküklərə süd yığırlar. 4 gündən sonra südü yığmasan, arılar 7 gündən sonra həmin üskükləri möhürləyirlər. Beçəni yumurtadan təzə çıxmış arılardan ayırmalısan. Arı südünün istehsalı zəhmətlidir. Bir həftəlik gənc arılar tərəfindən istehsal olunur. Arı südünü arılar çənələrindəki vəzilər vasitəsi ilə ifraz edirlər. Xərçəng xəstəliyi ilə mübarizədə bütün dünyada geniş olaraq istifadə edilir, mikrobları məhv etdiyi kimi onların əmələ gəlməsinə də mane olur. Sonsuzluq problemində uşaq sahibi olmağı asanlaşdırır. Arı südü damar tıxanıqlığını aradan qaldıraraq qan axınını yaxşılaşdırır. Şəkər xəstələrinə arı südü verildikdən sonra bu xəstələrdə yaxşılaşma müşahidə olunur. Arı südü astma, bronxit və nəfəs darlığı çəkən xəstələr üçün də müalicəvidir və ağciyəri təmizləyərək bəlğəmi azaldır. Bundan başqa arı südü uşaqların zehni və fiziki inkişafını sürətləndirərək əzələ və sümük inkişafını kömək edir.
Arı göz götürmür. Balı süzəndə gərək qonum –qonşuya da pay vərəsən. Bal olan evdə xəstəlik olmaz. Təmiz bal insan təzyiqini tənzimləyir.
Yay aylarında arı ailələrini saxlamaq üçün elə ərazi seçməlisən ki, arı 2 km qədər məsafəni qət etsin. Yəni çiçəklər yaxın məsafədə olsun. Arıların pətəyə girib rəqs etməsi digər arılara dəqiqliklə nektar olan sahənin hansı məsafədə olması xəbərini verməsi deməkdir. Arı gətirdiyi hər çiçəyin balını ayrı-ayrı üsküklərə toplayır. Buna görə də üskükləri kəsəndə balın ayrı-ayrı rəngdə olması nəzərə çarpır. Gənc arıçılara tövsiyə edərdim ki, qara şanlı çərçivələri ləğv etsinlər, çünki belə şanlara arı yumurtlamır. Arı həmişə təzə şan axtarır.
Ümumiyyətlə, pətəkdə qapağın altına yayda və qışda da döşəkçə qoymaq lazımdır. Döşəkçənin pambıq olması daha məqsədəuyğundur.
İkianalı arı ailələrini ilk dəfə qayınatam arıçı-alim Kərim Kərimov təkmilləşdirdiyi yerli Qabaqtəpə arı növündə tətbiq edib. Ondan sonra dünyanın bir çox yerlərində ikianalı ailələrə keçid edənlər olub. Arıçı-alim Kərim Kərimovun 57 il öncə tətbiq etdiyi üsulu daha da təkmilləşdirərək məhsuldarlığı 3-4 dəfə artırmağı düşünürük.
Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO
17 Iyun 2026
Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib
16 Iyun 2026
Qubada aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Lənkəranda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026
Ağcabədidə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
16 Iyun 2026