Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində aparılan tədbirlər davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Lerik Rayon Baytarlıq İdarəsi 2019-cu ildə rayonun 1 şəhər və 161 kəndində 23 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasını həyata keçirib.
Cari ilin müvafiq dövrü ərzində Aqrar Xidmətlər Agentliyinin Lerik Rayon Baytarlıq İdarəsi “Epizootiya əleyhinə profilaktika, müalicə və diaqnostika tədbirləri” planına uyğun 38998 baş iribuynuzlu, 110464 baş xırdabuynuzlu, 6014 baş cavan iribuynuzlu heyvanda, 821 baş atda, 821 baş ulaqda qarayara, 40831 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 110914 baş xırdabuynuzlu heyvanda çiçək, 77758 baş iribuynuzlu, 206396 baş xırdabuynuzlu, 2528 baş cavan iribuynuzlu heyvanda dabaq, 5634 baş iribuynuzlu, 15614 baş xırdabuynuzlu heyvanda leptospiroz, 5570 baş iribuynuzlu, 19005 baş xırdabuynuzlu heyvanda bruselyoz, 3387 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 292888 baş quşda “H” vaksini, 282739 baş quşda “La-sota” vaksini ilə peyvəndləmə tədbirləri aparıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 977 baş iribuynuzlu, 26 baş qoç və 5 baş ana qoyundan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də 3773 baş iribuynuzlu heyvan vərəmə və 768 baş at manqoya görə diaqnostik müayinəyə cəlb olunub və yoluxma aşkar edilməyib.
Rayon ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin müvafiq dövrü ərzində 210 quşda askaridioz, 471 baş iribuynuzlu və 1348 baş xırdabuynuzlu heyvanlarda diktikalyoz, 471 baş iribuynuzlu və 1348 baş xırdabuynuzlu heyvanda fassilyoz və 1348 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.
Rayonda epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mal-qara saxlanılan binaların və qış yataqlarının dezinfeksiya və dezinseksiyası da aparılıb. Qışlamaya hazırlıq ilə əlaqədar heyvandarlıq təsərrüfatına baxış keçirilib, sahibkarlar tərəfindən mexaniki təmizlik aparıldıqdan sonra dezinfeksiya və dezinzeksiya tədbirləri icra edilib. Qeyd edək ki, cari ilin müvafiq dövrü ərzində rayonun 1854 obyektində 55110 kvadratmetr sahədə profilaktiki dezinfeksiya, 78 obyektində isə 10600 kvadratmetr sahədə dezinseksiya işləri görülüb.
Eləcə də rayonun baytar mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi, bəslənməsi və saxlanmasında baytarlıq-sanitariya tələblərinə əməl edilməsinə dair tövsiyələr də verilib.
Lerik Rayon Baytarlıq İdarəsinin əməkdaşları profilaktik, müayinə və müalicə tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq ayrı-ayrı fermerlər arasında maarifləndirmə və təbliğat işləri həyata keçiriblər.
Hazırda 2020-ci ildə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılacaq profilaktik peyvəndləmə və diaqnostik müayinələrin aparılmasını təmin etmək məqsədi ilə hazırlıq işlərinə start verilib.
Hazırlıq işləri çərçivəsində baytarlıq preparatlarının “soyuq zəncir” rejiminə uyğun istifadəsi, yerlərə çatdırılması, epizootik və ambulatoriya kitablarda qeydiyyatın aparılmasına dair müvafiq tapşırıqlar verilib. Eləcə də idarələr lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
“Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb
21 Dekabr 2024
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Tovuzda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
20 Dekabr 2024
Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Ağdaşda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
20 Dekabr 2024
III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib
20 Dekabr 2024
Azərbaycanda limon, naringi və portağal bağı üzrə sığorta ödənişləri edilib
20 Dekabr 2024