Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində “Yaşıl Çay” MMC-yə məxsus 1,8 hektar tut bağında müşahidələr aparılıb.
Müşahidələr zamanı 1,5 hektar sahənin çılpaq ilbizlərlə sirayətləndiyi müəyyən olunub. Lənkəran rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən təsərrüfat sahiblərinə “Metaldehid” tərkibli preparatı ilə mübarizə tədbirlərinin aparılması tövsiyə olunub.
Azərbaycanda çılpaq ilbizlər əsasən Lənkəran, Şəki-Zaqatala və Quba- Xacmaz bölgələrində geniş yayılıb.
Bu zərərverici kənd təsərrüfatı bitkilərindən taxıl, bostan-tərəvəz, paxlalı, qismən texniki və meyvə bitkilərinə zərər vurur. İlbizlər növ tərkibindən asılı olaraq qış dövrünü sürfə, yetkin ilbiz və ya yumurta mərhələlərində keçirirlər.
Onlar növ tərkibindən asılı olaraq ildə 1- 2 nəsil verirlər və 1 ildən 3 ilə qədər yaşayırlar. Yay və payız ayları yağmurlu keçdikdə ilbizlər daha da çoxalırlar. Kütləvi çoxalma illərində isə kənd təsərrüfatı bitkilərinə zərər verirlər. Əsasən bitki yarpaqlarının yumşaq hissəsini gəmirib yeyirlər. Dənli bitkilər öz inkişafının ilk dövründə ilbizlər tərəfindən daha çox zərər çəkir. İlbizlərin kartof yumrularına və bir sıra tərəvəz-bostan bitkilərinin barvermə orqanlarına zərər verdiyi müşahidə olunur.
Çılpaq ilbizlərə qarşı aşağıdakı mübarizə tədbirləri aparılmalıdır:
Zərəverici aşkar edilən sahələrdə 35-40 sm olmaqla dərin şüm aparılmalıdır. Kənd təsərrüfatı bitkiləri yüksək aqrotexniki səviyyədə becərilməli, əkin sahələri alaq otlarından təmiz saxlanılmalı və cərgə araları vaxtında kultivasiya edilməlidir. Çılpaq ilbizlərə qarşı Metaldehid tərkibli preparatlardan istifadə etməklə kimyəvi mabarizə tədbirləri həyata keçirilir. Daxili bağırsaq təsirli metaldehid tərkibli preparatlardan istifadə edərək aldadıcı yem hazırlanır, 1 hektara 40-50 kiloqram məsarif norması ilə səpilir. Həyətyanı sahələrdə müxtəlif tələlər qurmaqla və ya müxtəlif qeyri ənənəvi üsullardan istifadə etməklə mübarizə aparılır.Qeyd edək ki, çılpaq ilbizlər karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə aid olmadığından, bu orqanizmlərlə mübarizə üçün dövlət büdcəsindən vəsait ayrılmır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti çılpaq ilbizlərlə mübarizə aparmaq üçün sahibkarlara və fermerlərə yalnız metodiki dəstək göstərir, mübarizə işləri isə hüquq və fiziki şəxslərin özləri tərəfindən aparılır.
COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib
21 Noyabr 2024
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru COP29 çərçivəsində panel müzakirələrdə çıxış edib
21 Noyabr 2024
COP29: AKİA-nın təşəbbüsü ilə “İqlim dəyişikliyinə dayanıqlı aqrar sektor üçün innovativ yanaşmalar və birgə əməkdaşlığın rolu” mövzusunda tədbir keçirilib
20 Noyabr 2024
“Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi: Təsərrüfatdaxili təcrübələr və konkret həllər” mövzusunda panel müzakirə keçirilib
19 Noyabr 2024
Dayanıqlı Transformasiya üçün Ərzaq və Kənd Təsərrüfatı (FAST) tərəfdaşlığı üzrə nazirlər görüşü keçirilib
19 Noyabr 2024