Aqrar Xidmətlər Agentliyi tərəfindən Masallı rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında texnika istifadəçilərinə səyyar xidmət göstərilib. “Səyyar xidmət” qrupu müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib. Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun, həmçinin texnika istifadəçilərinin rahatlığının təmin olunmasına nail olmaqdır.
Tədbir zamanı qısa müddət ərzində Masallı rayonundan müraciət etmiş texnika sahibləri üçün 61 ədəd etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilmiş, 50 ədəd texnika ilkin və təkrar dövlət qeydiyyatına alınmışdır. Tədbir çərçivəsində texnika istifadəçiləri texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilib və bukletlər paylanılıb.
“Səyyar Xidmət” qrupu tərəfindən bölgələrdə tədbirlərin keçirlməsi davam etdirilir.
Nazir Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir
14 Noyabr 2026
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub
14 Noyabr 2026
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib
13 Noyabr 2026
Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib
13 Noyabr 2026
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik üzrə təlim keçirilib
13 Noyabr 2026